nəfsi çox irəli keçirməyəsən -  Şakir  Xanhüseynli

Ədəbiyyat 11:29 / 18.11.2026 Baxış sayı: 750

nəfsi çox irəli keçirməyəsən,

hər şey demirəm ki,

bir şeylər ola...

barını dərməyə budaq əyəsən,

sayasan bir, iki... bir şeylər ola...

bağlı bir mücrüyə əl uzadasan,

gah sağa baxasan, gah da ki, sola;

dünya ləzzətindən sən də dadasan,

olmayan yerində bir şeylər ola...

yaxın bir ölkəni, uzağı ya da

tutub xəyalında düşəsən yola...

bilirəm, işləməz qəlbin dayaza,

səninçün dərində bir şeylər ola..