İtib rənglər arada - Əli Hacı Ağaevli
İtib rənglər arada,
Hər yan qara şəkildi !
Sahil gəzdim özümə,
Əynim ip-ip söküldü !
Özümə ev ağladım,
Sonralara saxladım !
Yerdən daşı yığmadım,
Göydən daşım töküldü !
Baş vurub suya girdim,
Suyun da dibin gördüm.
Sahildə əl görmədim,
Sular geri çəkildi !
Düşdüm bu daşlı yola,
Gözləri yaşlı yola!
Getdim dərdlə qol-qola,
Gördüm Allah da təkdi !
Qoru öz sağlığını,
Yaşat söz sağlığını!
Çəkməzdim heç ağrını,
Yarın eşqinə çəkdim !