Bəhram Bilaloğlu - Vəhşi külək kimi əsirsən ey ruh
Vəhşi külək kimi əsirsən ey ruh
Dağları titrədir ahın,fəryadın.
Təbin sızıldayır,qələm danışmır,
Daha hardan bilim?
sınıb qanadın.
Dəvanı verən var,
şifa verən var,
Allaha ərz elə,sınan qanaddan.
Bəndə öz ömrünün əzabındadır,
Ondan başqasını çıxar
sən yaddan!
Cismi doyurmağa qida taparsan,
Aclığa aparmaz o nəfsin səni.
Düşsən ruhunun ac bir tərəfinə,
Asar dar ağacdan,verər şər,qəmi.