Musa  Xanbabazadə,AYB-nin üzvü,filoloq-ədəbiyyatşünas:- Qafar  Cəfərli tək beytlərdə

Ədəbiyyat 20:59 / 27.04.2025 Baxış sayı: 1130

 

1 Ey  yazıçı  dostum  Qafar Cəfərlim!

İşində, sözündə  daim təpərlim!

 

2 Sən bir söz adamı, sən bir yazıçı,

kimlərə  şirinsən, kimlərə  acı.

 

3 Qələmindən  çıxan  hər bir  damcı söz

namərdi, nakəsi  yandırır  köz-köz.

 

4 Söz və kinayəndən  qorxur  çoxları,

Sarsıdır  onları  sözün  oxları.

 

5 Hünərlilər  meydanıdır  söz  meydanı.

Sən də, sən də bu meydanın  pəhləvanı.

 

6 Təmizdən də təmiz “Günahsız  mələk”

günahkar  kişilərə   vurur min kötək.

 

7 Yazarlar  mədh edir çox  fatehləri,

Sənin “Fateh”inə tay yox heç biri.

 

8 Tənhalığa  şapalaqdır “Tənha  qadın”,

“Şəhid  bayraq” simvoludur  yurda  andın.

 

9 Qəlb  dağlayır  “Tanrının  göz  yaşları”,

sayıqlığa  çağırır  yurddaşları.

 

10 “Dəyyus”  qamçılayır  şərəfsizləri,

künc-bucağa  basır  tərəfsizləri.

 

11 “Sonradan  sonra” – sərxoşlara  dərman,

və həm də  ki, ibrətamiz  bir  dastan.

 

12 “Od ələyir  başlarına  məmurların

qəzəb  dolu, nifrət  dolu  “İntihar”ın.

 

13 Elə  vurdun  dostlarınla  “Pənco, pənco”.

Aslanların  qabağına  verdin  pəncə.

 

14 “Qıl  körpüsündə  rəqs”in

verir  insanalara  dərsin.

 

15 “Xəyanət”in  pıçıldayır

hər  hansı  bir  oxucuya:

 

16 Harda  gördün  xəyanətkar

sən əyləşdir  onu  vaya.

 

17 “Saatın  61-ci  dəqiqəsi” –

ölməyən  haqların  səsi.

 

18 Silirsən  başlardan  sən  ləkələri,

öyürsən  bəmbəyaz  məlakələri.

 

19 Narkoman, rüşvətxor, cani  və  oğru

titrəyir  önündə  harda  var  doğru.

 

20 Qardaş! Gurlat  təbilini,

ayağa  qaldır  elini.

 

21 Elə  gurlat  yatmış-batmış

qoy  qalmasın  bu  ölkədə,

 

22 Çiçəklənsin  gündən-günə

gülzar  olsun bu  ölkə  də!