Könül Nuriyeva : - Ayrıllğın şəffaf mahiyyəti.

YAZARLAR 08:51 / 09.08.2023 Baxış sayı: 4068

 

İnsanlar son görüşdə qürurla davranıb "yaxşı, gedirsən get..." deyirlər, sonra guya kədərli deyillər, guya ayrılığı asan keçirirlər. Hamısı oyundu, oyun!

Ayrılıq əzablıdır, ölümün o biri üzüdür. Ayrılıq bir daha dönməməkdir, əgər dönüş olarsa, bir daha əvvəlki kimi olmamaqdır. Ayrılıq yüzlərlə gecənin göz yaşı deməkdir, ayrılıq ürəyin yaralarını qanatmaqdır, ulaya-ulaya yüksəlməkdir, təkliyə öyrəşməkdir, sakitləşməkdir. Ayrılığın çox faciəvi tərəfi də var: bir daha onu yaşamamaq üçün heç vaxt heç kimsəni ürəyinə yaxın buraxmamaq!

Ayrılığın mahiyyəti bu qədər netdir, bəzəmək lazım deyil. Ayrılandan sonra heç kim, heç vaxt qısa müddətdə güclü ola bilməz, qürurlu, əyilməyən, vüqarlı görünə bilər, amma mütləq çox kədərlidir. Ustalıqla gizlədə bilərik, amma nələr yaşadığımızı özümüz bilirik axı...

Amma ola bilərdi ki, bir-birinizə o qızıl kəlməni çox ürəkdən deyə bilərdiniz: GETMƏ...