Kəramət : - ...VƏ BAŞQALARI

YAZARLAR 09:02 / 17.07.2024 Baxış sayı: 2273

qırmızı, can, gül, sevgili, qadın, adam..

....VƏ BAŞQALARI

...Sonuncudan başlayaq..."ADIMA ÇATANDA BİR AD GÖRMÜŞƏM,

...VƏ BAŞQALARI" (Musa Yaqub ).

Xitablar və xitabələr, katiblər-katibələr, Xanımlar-Cənablar, Bəylər-xanımlar və sairələr.

Qadın ayrıseçgiliyi, köləliyi, qadın ticarəti zaman-zaman ədəbiyyatda yuxarıda görülən və görülməyən ifadələrdə bariz şəkildə sərgilənir. Təfərrüata varmadan deyim ki, hər bir xitabın arxasında bir vaxt dilimi və o vaxtın qadına, insana münasibətinin necəliyi var.

QADIN İSTİSMAR OLUNAN, İSTİFADƏ OLUNAN TƏRƏF OLDUĞUNDAN ONA BU ƏŞYAVİ ADLARLA MÜRACİƏT OLUNUB...

Yoxs, Niyə kişi qadının Gülü, arım(sı)-balı-pətəyi, cananı , sol tərəfi-zadı olmasın ki...deməli, tarixin gedişiylə müraciət şəkili-forması da dəyişir...Dəyişdirən də İRƏLİ GÜC, tarixə yön verən ölkələr, beyin gücüdür ki, bədi düşüncə də iştirakçı.

Tarixdə ilişib qalmayaq, sürətlə gələk bu günümüzə...daha bizlərdə qadına -sevgiliyə münasibətdə "canan","gülüm" kimi ifadələr yerini "Adam", "qadın" kimi müraciətlərə tərk etmişkən...vay-vay-vay...günümüzün populyar gənc yazıçısının "roman"ından biri paylaşım edib "..arvadlar hər şeyi bilir" minvalında...arvad dövründə qalan müasir ədəbi düşüncə..heç, bunu da qoyaq qalddığı yerdə qalsın...bu müraciətlər də rus ədəbiyyatından götürülüb, ruslar da Avropa ədəbiyyatından, necə ki "VƏ" bağlayıcısının cümlənin içində deyil, əvvəlinə gətirikməsi kimi....

"SƏN" ən müasiridi, burda həm qarşı tərəf var, qadın-kişi fərq etməz, özünlə danışıq da gizlənib.

Xüsusilə adını "KİŞİ" qoyanlar qadını aşağılayıcı müraciətdən qaçmalıdı, yəni O da sənsən, "SƏN2 də elə sənsən....

Əgər ayrımçılıq yoxsa, qəlbində İNSAN sevgisi yoxsa, digər sevgi çeşidləri mədəyə qədərdi.

Qırmızı azadlıqdı, cəsarətdi--SÖZÜ qırmızı olun, qırmızı sevgidi.