Kəramət : - İŞĞAL TORPAQLARI AZAD OLUNAN  ÖLKƏNİN...

YAZARLAR 07:16 / 01.03.2024 Baxış sayı: 859

İŞĞAL TORPAQLARI AZAD OLUNAN  ÖLKƏNİN...

....VƏNƏNDAŞI olmaqdan qürur duyuram, hamı kim...hələ mən itin-pişiyin, quşlarımızın da azad nəfəs aldığını yaşayıram.

Axı, burda bir tühaflıq yoxmu...AYB-dən, ordan -burdan seçilən kimsələrin Şuşaya ...başqalarına , çoxluğa-əhaliyə yandı-yandı verərək aparılması, yerdə qalanların qarğışı, özünün də bir vətəndaş olaraq Şuşa sevincini zədələmirmi, kimin haqlı-haqsız, layiq-nalayiq , mən-sən qalsın bir tərəfə.

_SUAL VERMİRSƏNSƏ, BAŞQA DAHA ÜSTÜN ALTERNATİV SUNMURSANSA, YAŞAMIRSAN-SOKRATA MƏXSUSDU.

Doğrudan da, xüsusilə, düşüncə sahibi yazıçısı, alimi, jurnalisti ağ-qara rəngdən başqa neç nə görmürsə...ta heç nə...

Qalib ölkədə ədalətsizlik AYB-nin mənzil bölgüsündə belə yerlərdə sürünürsə və birinə 2-3 dəfə mənzil verilir, alan da-verən də məmnunsa, onun yazıçı-şair həmkarları kirayələrdə , gecəqondularda çürüyürsə...bunun adı nədir sizcə; HÜQUQSUZLUQMU, ƏXLAQSIZLIQMI...məncə axırıncısı....

Əlbəttə, digər sahələr bizdən yaxşı deyil, amma hər kəs öz yerindən-sahəsindən danışmalıdı; yoxsa səhiyyədən, təhsilin problemindən özünü şair-yazıçı sayanın danışması absurddur, necə ki səhiyyə işçisinin ədəbi sahədən danışması kimi.

Axı, qalib ölkədə "Uşaq pulu", "Pensiya", yaşamın elementar dolanışıq səviyyəsi, T/V-lərin əxlaqi dəyərləri çürütməsi prosesinin illərlə davamı necə ola bilər? Yəni, bunu görmürlərmi , ya bilərək-istəyərək edilir bütün bunlar?

Hakimiyyətə yardım üçün olsun ...bu saysız siyasi partiyaların hansı iqtisadi modeli, alternavini eşitmisiz MM-də...bir çoxu da təmsil olunur....

DAUYVUUN (içsəs) da ölüb, üstü örtülən səslər...

Hər şeyə bəh-bəh deməklə, əslində, ziyan veririk DOSTa, hələ adam öz-özünü də sorğulamadan heç nəyə nail ola bilməz. Hay-küylə işlər getmir, səfillik, haqsızlıq, ləyaqətsizlik tüğyan edir.

Birisi dilə gətirməlidi....

ƏŞŞİ..gülə bilirsək də gülək bir az...mən, doğrudan, sadəlöhfəm, yəni cəmiyyətdəki yanaşma mənim idrakımla uyğun gəlmir...bir dostumuz 55 yaşında özünü ədəbiyyata dürtüştürəni tərifləyir ki, az müddətdə çox şeyə nail olub. Təbi ki, ədəbiyyatda nə yazıb, nə yeni bir şeyə nail olub?

Dostumuz davam edir; İki-üç ev alıb, prezident təqaüdü, hələ iki arvad da alıb....

Hamı həsədlə əl çalır, mən də öz düşüncəmə başımı bulayıram.