Kəramət : - İNDİ HƏR KƏSİN ÖZ ALLAHI...

YAZARLAR 09:46 / 08.12.2022 Baxış sayı: 1604

 

ÖZ QƏZET-JURNALI

ÖZ T/V-Sİ VAR-

..bunu görmək o qədərmi çətin, anlamaq üçün bu qədərmi zehniqüsurlu olmaq gərək..

Qoy belə başlayım söhbətimə..müqayisə üçün deyirəm ki, aydın olsun. Görünən dağa bələdçi gərək deyildi, indi görünən dağı gərək gözünə soxasan ki, görünsün.

Şəkilinin məsəlini bilirsiz də..qoca kişi Bakıda mağazadan alt paltar almaq istər, ölçüsünə uyğun altpaltar olmayınca özünü çoxbilmiş sayan satıcı qız qadın altpaltarı sırımaq istər. Kişi qayıdar ki, bu kişi altpaltarı deyil. Çoxbilmiş qız israr edər: "Nə fərqi var ki?"

Şəkili qayıdar ki

--A bala, indi fərqi çıxarıb gözünəmi soxum?

Biz də o haldayıq ki, gərək bir həqiqəti gözünə soxasan ki, görsün.

Doğrudan-doğruya özünü fikir adamı sayanların belə düşüncələri korlaşıb, korşalıb. Görünür beləcə cəmiyytin korlaşaması baş verir, baş verən hadisələri nəinki görmür, içində axdığı hadisələri də-çayı da görmür, gördürülmür.

Bütün dünyada insanları birləşdirən GÜClər zəifləyib, gücünü itirib, bağlar qırılıb. Səbəbləri çoxdu. Təfərrüata varmaqla qızıldan qiymətli vaxtınızı almayacağam

İNDİ ADAMLAR ALLAHA İNANIR, AMMA ÖZ ALLAHINA ÜZ TUTUB,

HƏR KƏSİN ÖZ QİBLƏSİ VAR.

İNDİ HƏR KƏSİN ÖZ QƏZET-JURNALI-F/B-Sİ VAR

İNDİ HƏR KƏSİN ÖZ T/V-Sİ VAR-YUTUBU VAR.

... bu gəncliyə-dalğaya hökm edə bilməzsən, yəni hökmün altında saxlayacaq, yönləndirəcək GÜCün əlindən alınıb, gücənmə..sadəcə anlamağa çalış ..

Artıq könül rahatlığı da qalmayıb, çünki inam yoxdu; nə Allaha, nə də Qanuna. Ona görə bəşəriyyət vurnuxur əzablar içində.

..davam etmək istəyirəm..amma yekunlaşdırıram, istəyirəm ki, sən də danışa-düşünə-etiraz edə-fikir yürüdəsən..icazənlə, hə Nitsşenin bacısı Elizabetə məktubu var, ordan bir cümlə yadımda qalıb :

-Könül rahatlığı, səadət arayırsansa inan (aldan-K), gerçəklik arayırsansa, araşdır-sorğula.

deməyim o ki..

Yığa bilmədi bizi

bir bayrağın altına

məsçidlər, kilsələr də

TƏK-TƏNHADI AĞACLAR

sıx-sıx əkilsələr də,-

bu da mənim 1990-cı ildə çap olunan kitabımdandı.

...təbi ki, görüşəcəyik DÜŞÜNCƏ-DUYĞU məkanında, hələlik.