Kəramət : - ÇAĞDIŞI OLANLARIN "ÇAĞDAŞ ƏDƏBİYYAT" SÖHBƏTLƏRİ

...-hər şeyi biləcək qədər nadan olmaz ki..adam Həyatın-ədəbiyyatın hər sahəsi üzrə mütəxəssis də ola bilməzsən...mütəxəssis də ixtisasını "tam biləndə" bilimsizliyə yuvarlanır.
Söz birləşməsinin Əsas-isim tərəfi "ədəbiyyat"dır, deyilmi? Gəl, öncə başlayaq ki, "Ədəbiyyat nədir?"...hər kəsin cavabı var, əsasən də yuvarlaq, konkret bir cavab ala bilməzsən..qüsur deyil, ən azından hərə bir tərəfini, bildiyi-duyduğu-eşitdiyi qədər tərif edə bilər..amma ən azından da bu bilgi kirliliyi, bulanıqlığının özü Ədəbiyyatın nə mənə olduğu-olmadığı haqqında mülahizəyə zəmin hazırlar...necə USTADlar müəyyən dövr üçün keçərlilik qazanan dəmir kimi ideyalar irəli sürmüşlər.
Öz işini bilməyənlərin ədəbiyyat söhbətləri mənim Milli Məclisdə xarici siyasət, ya iqtisadi böhran haqqındakı gülüş doğuran gülünc söhbətimə bənzər...amma Ədəbiyyat xanım hamıya icazə verib ki, iti azan, dəli-dülü, ailə-meşşan ehiyaclı, məşhurluq xəstəliyinə tutulan, qonşuya-kütləyə yandı-yandı verməkçin... bu ..Xanaya daxil olsun, çünki mühafizlər bu ədəbiyyatı çoxdan hərraca çıxarıblar, anasını da satıblar.
(VƏ ya, və sairə...nöqtəli vergül-kitabına modern ad axtarana 15
il qabaq sadalamışdım ki...OLA BİLƏR..də ola bilər.)
Və davam edək, buna münbit şərait yaradılıb ki, Xas ədəbiyyat görünməsin, kütləviləşdir ki, mənasını-Yaradıcılıq missiyasını itirsin, bu siyasi-ideoloji məsələdir, ədəbiyyat məsələsi deyil.
Ədəbiyyat haqqında danışmaq üçün Ədəbiyyata bələd olmaq yox , onun haqqında BİLGİN olmalıdır və bu bilginin üzərinə öz-məxsusi yanaşmaların-yanlışların olsun gərək.
Birmənalı deyə bilərəm ki, bizdəki "Ədəbiyyatçıların 95 %-nin ədəbiyyat bilgisi yoxdur, bilmədiyi sahədən danışır, yazır-pozur,"... bilgi məsuliyyət tələb edir...yuyulmamış qaşıq kimi hər yerə atılmaz...
Bilgi konkret sahəni sistemli şəkildə öyrənməkdir və davamlı..elm də, yaradıcılıq da davamlı-dinamik hadissədir.
5-10 əsər oxumaqla naqis görünürsən və təsir altına tez düşərsən, bu isə bəhrələnmək deyil..
"Bənzətmə" dövrü ədəbiyyatı...ibtidai dövrüdür ədəbiyyatın, xalqlar, -yazıçılar çoxdan o mağaranı-Platon "MAĞARA" fəlsəfəsini tərk edib (alleqoriyaya görə mağarada yaşayanlar daima kölgə lər görər və kölgəni də gerçək sanar) nəhayətində və ya Aristotelin bənzənən-bənzədilən arasındakı əlaqə prinsipini geridə qoyub-bu günün şərtləriylə uyuşmur... "POETİKA"...amma tarix kimi bilməsən, sözün keçid mərhələlərini öyrənməsən Sözdən (qədim, köhnə) yeni SÖZ yarada bilməzsən...
Qalstuk vuranda mötəbər, yaxasını açanda azad olmur adam...bu paltar işi-zahir, aldatmaca, cahillərə hesablanmış,
...daxilindəki uşağı-insanı azad burax...qoy yanlış yapsın...
...bir söz deyimmi..ƏDƏBİYYAT, YARADICILIQ MÜKƏMMƏL GÖRÜNMƏK YOX, YANLIŞ ADDIM ATMAQ İŞİDİR, eyni zamanda...
"Bir dəqiqə", "Pardon"...belə də ifadə olunmaq pis deyil...
Söhbət-müzakirələr "MIŞ" kimidə buxovlanıb qalıb ...üç-dörd alıntılı "müasir" görüntülü vitrinlik ,əsasən də mənsəbçinin təyinatıyla yaradıcılıq söhbəti alınmır...insan həmişə haqlı olacaq qədər də nadan olmaz ki...
Yəni, ilk növbədə "Ədəbiyyat nədir-nə deyildir" üzərinə fikrimizi bölüşək, sonra keçək təyinə "ÇAĞDAŞ"dan nə anladığımıza...
..və..və..biz nə qədər bu çağda yaşayırıq, duyğu-düşüncələrimiz mağaralıq deyil ki...
Qarşındakı nadan, tərəfgir, təyinatlı qədər adamı yoran heç nə yoxdur...Hər gün ətrafımız bizim (Enerjisi olanların) enerjisii əmir....
Yəni kitab-qəzet-jurnal-sayt-ekran, dost-yoldaş ondan ötrü ki, yeni informasiya alasan, bədiqarışıq...ta sənin qol-qanadını qırmaq, olan-qalan enerjini də sümürmək üçün deyil...belədə özünü qorumaq üçün üzünü çevirib gedirsən...hə, bir məsələ də var ki, əmöblər buna da sevinirlər, özlərincə küsdürdülər...
ÖZÜYLA SAVAŞANLAR KÜSMÜR, DƏRİNLİYİN ZİRVƏLƏRİNİ AŞIR...