Kəramət : - BİRİ-BİRİNİN PAXILLIĞINI ÇƏKƏN ...
BİRİ-BİRİNİN PAXILLIĞINI ÇƏKƏN
yazıçıların dünyaya çıxmaq iddiaları
Belə bir ruh halı psixoloji aşağılanmaqdan qaynaqlanır, özünü üstün görmək istər. ki, zədəli günlərini təmir etsin. Adətən uşaqlıqda aşağılanmış, ya da bu və ya digər səbəbdən əlçatmayan istəklərin böyüdükcə ödənməsi ehtiyacından irəli gəlir. Həkim-psixoloqların mövzusu, məsələsi necə olur ki, bizim müasir yazıçıların arasında məhz ədəbi müzakirəyə çevrilir. Bu, aşağılıq kompleksiylə bağlı olduğunu söylədik. Bəs yazıçı başqa bir yazıçının niyə paxıllığını və yaxud nəyə görə çəkməli ki..Harda çap olunmasına görəmi, ya aldığı mükafata-zada, tutduğu vəzifəyə, kimləsə şəkil çəkdirməyəmi? Daha nə qaldı..bunların müasir ədəbiyyatımızın bədii problemləriylə nə əlaqəsi. Ümumiyyətlə, içini paxıllıq gəmirən biri necə yazıçı ola bilər ki? Məncə, bu ikiayaqlıdan heç adam da olmaz..., gərək həkim-psixoloqa müraciət etsin, nəinki ədəbi mühitə. Axı, söhbətin bu səviyyəyə enməsini yeyib-içmək məclislərində yaşamadıq,daha ciddi söhbətlər elədik, ən azından mən iştirak etdiyim məclislərdə həmişə yaradıcılıq sirlərindən, klassik-müasir ədəbiyyat qarşılaşmasından, folklorumuzdan, janrların zamanın ritminə uyub-uymamasından və başqa bu tipli söhbətlər etdik. Vəziyyət də gərginləşəndə, yeyib-içmək məclisində belə hallar olur, təklif etdim ki, gəlin hər birimiz bir şeir söyləyək..təqribən belə.
Baxıram : "Müzakirə" həvəslənirəm ki, oxuyum , ardınca;"O, paxıllığımı çəkir"...sınır qol-qanadım...kimin hansı kitabı oxuyub-oxumamasının ədəbi müzakirəylə nə əlaqəsi. Get elə kitabxana işçiləri arasında sorğu apar və onlar kitablar haqqında daha rəngarəng cavablar verər..nə bilim, vallah..yox, çoxluq beləsə, deməli problem məndədi. Əgər paxıl deyiləmsə, məndən nəinki şair, heç yerli-milli adam da olmaz. Gərək özümü həkim-psixoloqa göstərəm. Kim inanar ki, səndə paxıllıq hissi , yerli-dibli, yoxdur. Hamının biri-birinin paxıllığını çəkdiyi, uşağı belə biri-birinin açığına dünyaya gətirdiyi kənddə doğulub böyüyəsən, paxıllığın tüğyan etdiyi ədəbi mühitdə ömür çürüdəsən, həm də paxıl olmayasan. Yox, ola bilməz. Burda, doğrudan-doğruya, anormallıq var. Yox, səhər açılsın, özümü həkim-psixoloqa göstərim. Bir paxıllanım, sonra bu müzakirələrin qızğın iştirakçısına çevrilim.