Kəramət : - ARZUOLUNMAYAN ŞAİRDƏN

İclas-yerli-uyğun adam
.Meydanda sanballlı bir əsərin yoxluğunu ört-bas etmək cəhdləri bihudədir.
..yaxın vaxtlar Mir Cəlalın "İclasbazlar"ını, Altay Məmmədovun "Həmyerlilər"ini tez-tez yada salıram bir də şübhəsiz Anarın "Molla Nəsrəddin-66"sını vurğulamasam, elə mən də olaram Anar kimi ədalətsiz,: Daha doğrusu, ətrafımdakı mənzərəyə baxınca O KİŞİLƏRİN bədi faktları özlərini yada salır....
Həmin bədi müşahidənin "inkişaf etmiş" variantını yaşasaq da, gerçək həyatımızın bugünkü mənzərəsini yüksək ustalıqla əks etdirən əsərlər yox kimidi...bilmirsən ki, sən başqa yerdə yaşayırsan, yoxsa yazıçılar ordusu başqa ölkədən, planetdən baxır bu gözəlim məmləkətə...Nəsə normal ədəbi gedişat deyil.
60-cı illəri 60-cılar çox yaxşı bədi süzgəcdən keçirdilər və elə ədəbi "barıtları" da o sərhədlərdə qurtardı, fizikən ortada, səhnədə meydan sulasalar da...
...ola bilər ki, 60-cıların fiziki-ruhi işğalında olan ədəbiyyatda müasir günümüzün qabarma-çəkilmələrini bədii ustalıqla əks etdirən nümunələr var, mən görmürəm, ya da görünməyə qoymurlar, sərgidən-təbliğdən kənarda qalıb..
Zaman və məkandan uzaqdadı ədəbiyyatımız, özümü kənar tutmuram ha...
Yazıçılar kifayət qədərdən də artıq tədbir keçirirlər, iclaslar, qəzet-jurnal, sayt-zad...amma bütün bunların YARADICILIQ məsələsinə nə qədər aidiyyatı var..ya elə missiya budur ki, ƏDƏBİYYAT...aşıq-aşıq oynamaq, saçma-sapan söhbətlərlə camaatın başını qatmaq üçündür.
Bu da ola bilər ki, parlaq, çağımızla səsləşən ədəbi nümunələi mən görmürəm. Təki mən yanılım, elə siz deyən kimi olsun.