"Kafe  -21" - də qadın kişini bıçaqladı

KRİMİNAL 10:04 / 05.12.2022 Baxış sayı: 2137

Bakıda kafedə qadın kişini bıçaqlayıb.

Yenises.az  xəbər verir ki, hadisə dekabrın 4-də paytaxtın Nərimanov rayonu, R.Əliyev küçəsi 5 saylı ünvanda yerləşən "Kafe 21” adlı iaşə müəssisəsində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü İbrahimli Nigar Elçin qızı mübahisə zəminində 1990-cı il təvəllüdlü Hüseynli Şamil Zahir oğluna bıçaqla xəsarət yetirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.