İRADƏ CƏFƏROVA :- “PALİTRA” ƏDƏBİ KLUBU BU DƏFƏ ÖZÜ ŞÖLƏ SAÇIRDI...

MƏDƏNİYYƏT 08:50 / 30.06.2025 Baxış sayı: 5708

 

 

Nədənsə bu dəfə, İsti yay günlərinə rəğmən, “Palitra” Ədəbi Klubunun iyunun sonuncu bazar gününə (29.06.2025) təsadüf edən Yaradıcılıq Günü bayırda çiskinli yağışla müşahidə olunmaqdaydı. Yazarların bir-birlərinə sığındıqları otaqda al günəşin zərrələri elə bil qeybə çəkilmişdi.

Bölmə rəhbəri həmkarlarına xitabən: “Narahat olmayın, bir neçə gündən sonra təbətin şıltaqlığına günəş özü son qoyacaq, həmin vaxtlarda ya Kürün sahilinə üz tutacaq, ya da ağacların kölgəsinə çəkiləcəyik. Yaxşısı budur “dəymədüşər” iyunun sərin nəfəsini bu dəfə biz öz şeirlərimizlə isindirək və buludların arxasında daldalanan günəşin özü bizim bu dəfəki əhval-ruhiyyəmizə şahidlik eləsin!..

Bölmə rəhbəri tanınmış filoloq-şair Adilə Nəzərin və tarixçi alim-yazar Hacı Nərimanoğlunun rəhbərliyiylə hazırlanan və Zəfər sevincimizi sərgiləyən iki antalogiyanın nəşr edildiyini və həmin kitablarda Mingəçevirli yazarların bir qisminin yazılarının da yer aldığını sevinc hissiylə vurğulayandan sonra, “Azərbacan” yurnalının sonuncu-altıncı sayında “Mingəçevirdən şeir çələngi” rubrikası ilə 10 nəfər yazarın şeirlərinin yer aldığını bildirməklə, bu mühim məsələdə zəhməti keçənlərə təşəkkürünü bildirdi.

Bundan sonra Mikayıl Yusif və Ağabala Salahlı özlərinəməxsus qiraət tərziylə yeni şeirləriylə söz məclisinə unudulmaz anlar bəxş etdilər, Ədəbiyyat sevdalısı Rəşid Rəsulovun xeyir-duaları təbəssüm hissiylə qarşılandı.

Qəzəl janrında yazdığı şeirlərlə geniş oxucu kütləsinin rəğbətini qazanan gənc şair Ruhani Cəfərovun oxuduğu iki qəzəl də hamılıqla bəyənildi. Xaldan Musiqi məktəbinin müəllimi İradə xanımın oxunan şeirlər barədə söylədiyi şeçidli fikirləri də diqqətdən kənarda qalmadı. Mahir Musanın oxuduğu bir şeiri də maraq doğurdu.

Tanınmış şair Əhməd Əsunun təqdim etdiyi yğcam-lakonik iki poetik nümunə və peşəkar satrik şair Eldəniz Cəfəroğlunun bir tikə halal çörəyə gümanı gələnlərə üstdən aşağı baxan nanəcibləri tənqid atəşinə tutması da yadda qalan oldu. Şeirdən-şeirə püxtələşən, təşkilatçılığı və xoşsimasıyla bölmə üzvlərinin sevimlisinə çevrilən Minarə İskəndərin məhsuldar yaradıcı söz adamı olduğu bölmə rəhbəri tərəfindən dönə-dönə vurğulandı.

AYB-nin üzvü Bəhman Gülövşəlinin öxuduğu şeirləri və Mingəçevir dövlət Universitetinin dosenti Mehman Rəsulovun klassik Azərbaycan şairi Əfzələddin Xaqaninin yaradıcılığı barədə etdiyi maraqlı söhbət “Palitra”nın yaddaşında pozulmaz izlərə çevrildi.

Tədbirin sonunda bölmə rəhbəri İsmayıl İmanzadə iki şeirini oxuyandan sonra, həmkarlarına xitabən: “Gördünüzmü, günəş bu dəfə söz məclisimizi qalın qara buludlar arxasından izləsə də, könlümüzdə misra-misra şölə saçan işığa-nura biganə qalmadı!-deyərək hamıya cansağlığı, yaradıcılıq uğurları arzuladı...

İRADƏ CƏFƏROVA

Xaldan Uşaq Musiqi Məktəbinin fortopiano müəllimi

+19

Bütün reaksiyalar:

37Tapdıq Əlibəyli və başqa 36 nəfər

18

Bəyən

Şərh bildir

Paylaş