İlham Əliyev İrana səfər edəcək

Gündəm, SİYASƏT 15:48 / 30.09.2022 Baxış sayı: 1138

“Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri planlaşdırılır”.

Yenises.az  xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi report-a müsahibəsində deyib.

Onun sözlərinə görə, İlham Əliyevin bu ilin sonuna qədər İrana səfəri hər iki ölkənin gündəliyindədir: “Bundan əlavə, İranın iqtisadiyyat nazirinin Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının iqtisadiyyat nazirlərinin toplantısında iştirak etməsi nəzərdə tutulub. Təbii ki gündəmdə başqa proqramlar da var ki, onlar təsdiqlənən kimi açıqlanacaq”.