Füzulinin Baş planı təsdiq edildi 

MƏMLƏKƏT 18:49 / 18.03.2023 Baxış sayı: 1946

Nazirlər Kabineti Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib.

Yenises.az  Publika.az-a  istinadla  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.