Fərhad Tapdıqoğlu : - Nağıl

YAZARLAR 21:58 / 21.04.2025 Baxış sayı: 759

 

Biz uşaq olanda nağıl oxumağı çox xoşlardıq.Hər bir evdə demək olar ki,"Min bir gecə "nağıllar kitabı vardı.

Açığını deyim ki,elə bilirdik ki,div də var,Məlikməmməd də.

Böyüyəndə Məlikməmməd kimi olmaq,divləri öldürməyi düşünürdük.

Göydən üç alma düşəcəyini gözləyərək, göyə baxardıq.

Amma...

Sonralar elə bizə nağıllar oxuyardılar yenə .Mən SSRI zamanını nəzərdə tuturam :"Hamı bərabər yaşayacaq,hər kəsə tələbatına görə veriləcək,kommunizm cəmiyyətində yaşayacağıq..Çəpərlər,hasarlar olmayacaq"

Bu nağıla da cox inanırdıq.

Amma....

Sonra yeni nağıllar yarandı... "Azad ,müstəqil olanda var dövlət içində üzəcəyik.Qır-qızıl içində yaşayacağıq"

Bu nağıla da inandıq.

Amma...

Xalqımız yenə nağıllara qulaq asır.

Məsələn:

Hər adambaşına bir vaucer(4 vərəqdən ibarət çek) verildi.

Hamı sevinirdi ki,müəssisələrdən pay alacaq "bəy balası" kimi yaşayacağıq.

O da olmadı.Indi o zavod ,fabriklərin yerində ya yanacaqdoldurma məntəqəsi,ya hündürmərtəbəli bina tikilib,ya da sökülüb ,dağıdılıb ,xarabalığa dönüb....

Bu şirin nağil da belə bitdi.

Daha o biri nağıllardan yazmaq istəmirəm.Doğrudur, maddi rifah halımizın gün - gündən yaxşılaşdığını qeyd edirlər .Adam elə inanmaq istəyir ki!?....

Bircə bu *Qarabağ məsələsi" nağıl olmayaydı.Kaş olmayaydı ..

Qabaqki nagillarda Melikmemmed divi oldururdu.

İndiki divlər nəinki Məlikməmmədi öldürür, hətta nəsillərini də elə aradan götürürlər ki?......

Yaxşı olar ki ,yazıma burda nöqtə qoyum.

Göydən üc alma düşdü.

Sənə nə? Mənə nə? Bizə nə?.

Almaların yiyəsi var, qağa!?

Biz kimik ki?

Xalqımız nağılları çox sevir.Bizə çörək verilməsin,amma gözəl nağıllar danışsınlar.

Nağıllsız keçən günlərimiz ömrümüzə yazılmasın----deyirəm...