Əşrəf Veysəlli : - Belə qocalasan qocalanda da.

Ədəbiyyat 17:50 / 18.02.2024 Baxış sayı: 3630

Qəlbin çəkən yerə ayağın gedə

Yetəsən köməyə ,çatasan dada

Nəvələr gül aça dörd tərəfində,

Belə qocalasan qocalanda da.

 

Nədən ki qaçıram soxulur gözə,

Nəyi ki,gəzirəm çıxmır qarşıma

Sən bu qocalıqda üzə bax,üzə

Boynuma almıram ,qalxır başıma

 

Qəlbin çəkən yerə ayağın gedə,

Yetəsən köməyə,çatasan dada.

Dostların dil aça dörd tərəfində,

Belə qocalasan qocalanda da.