Ərdoğan Makronu bacarıqsızlıqda günahlandırıb

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan, Fransa prezidentini bacarıqsızlıqda günahlandırıb Bu barədə RİA Novosti məljmat verib.
"Fransanın başında dayanan adamın, dövlət başçısı olmaq üçün bacarıq səviyyəsi çatmır"- deyə Türkiyə prezidenti bəyan edib.
Ərdoğanın sözlərinə görə, Fransa afrika ölkələrini istismar etdiyinə görə, onların bir qismi artıq Parisdən üz döndərirlər. "Mali artıq Fransa ilə bütün əlaqələri qırmaq ərəfəsindədir. Burkina -Faso ölkələrindən fransız əskərlərinin çıxarıkması üçün bir ay vaxt verib. Güman edirəm ki, Taqo dövləti də eyni addımları atacaq"- deyə Türkiyə lideri qeyd edib.
Burkina -Fasonun hökuməti fransa əsgərlərinin ölkəni tərk etməsini tələb edib. Qeyd olunur ki, ölkənin hakimiyyəti, 2018-ci ildə Fransa hərbiçilərinin Burkino-Fasoda mütamadi olması ilə bağlı razılaşmanı geri çağırıb və onlara ölkə ərazilərini tərk etmək üçün bir ay vaxt verib.(adalet.az)