Emin PİRİ : - Sevəsən,..Sevəsən,
...bezib şəhərdən
qaçdığın bu kənddə
indi gözün götürər təndir ətrini.
Kirayə qaldığın bu qəlb sahibi
“Təndir ətirli qız.”
Sevəsən,
Sevəsən,
lap ayrılasan
Üzülməyəsən ayrılığa,
Sevinəsən bir sevgi yaşadın deyə.
Çəkər gözlərini səndən kəndinə,
Qaralar dünyan,
Bu “şəhər” ürəyinə yağış yağacaq?!
Xəyallar bürüyər səni...
Dodaqlarımız arasındakı
bir udumluq havanı
Yarı-yarıya udarıq...
Səni “bic-bic” xəyaldan
diksindirib oyadır
Bu kəndin qısqanc itləri.
Mən bir az Sergey Yesenin,
Irana oxşayan bu kənddə sərxoş,
Şəhərli oğlana bel bağlamaz
Bu kəndin qızı,
Uzadar əllərini...
Uzağı bir qurtum sərin su verər.