Elnur Uğur Abdiyev·-  Həyat eşqi elə şirin

Ədəbiyyat 20:57 / 22.09.2026 Baxış sayı: 413

 

Həyat eşqi elə şirin,

İçdim,içdikdə susadım!

Heç nəyin dadı silmədi,

Dodağımdan onun dadın.

 

Su içində suya təşnə,

Eşqin Kərbəlası budur.

Məhəbbətdən başqa, heç nə

Hər şey sevgiyə uduzur.

 

Yaşamaq hər gün sevməkdi,

Sevgi olmasa ruh ölər.

Bir təndə iki vətəndə,

Ömrü ayrılıqlar bölər.