Əlizadə Nuri : - Bu dərdi kim dərdi bizə?

Ədəbiyyat 09:29 / 08.12.2024 Baxış sayı: 1097

 

 

Yalanı çoxları sevdi,

Yalan da düzü sevmədi.

Gecəyə vurğun yarasa

Nədən gündüzü sevmədi?

 

Ölü diri gözlü idi,

Susan adam sözlü idi...

Dünya ikiüzlü idi-

Zalım bir üzü sevmədi.

 

Öz itimiz hürdü bizə,

Bu dərdi kim dərdi bizə?

Ölümü çox gördü bizə-

Allah da bizi sevmədi...