Əlirza HƏSRƏT: - ADIMI UZAQDA BİR QARI TUTUB

(Təcnis)
Dağların döşündə qar qarı tutub,
Kür açıb qolunu,Qarqarı tutub.
Adımı uzaqda bir qarı tutub,
Basıbdır bağrına sarı gülləri.
Gecədən sübhədək baxıb yar Aya,
Bu baxış bəlkə bir işə yaraya.
Sinəmdə qövr edən köhnə yaraya,
Ahını məlhəm qoy, sarı,gülləri.
Çöhrəsi nur saçır,bəlkə yar dandı?
Dəhşətdir deyələr,əhdi yar dandı.
Ölümün əlası gözəl yardandı,
Səpin Əlirzaya sarı,gülləri.