"Əli Nəzmi" ədəbi birliyi TƏQDİM EDİR
BİRLİYİN İKİ ÜZVÜ
Goranboy bölgəsində fəaliyyət göstərən "Əli Nəzmi" ədəbi birliyinin artıq
qırx yaşı tamam olmuşdur.Bu müddət ərzində birlik üzvlərindən bir çoxu öz
imzasını mətbuatda təsdiq etmiş, geniş oxucu auditoriyasına yol tapmışdır.
Halayoğlu və İlqar Daşdı da birliyin fəallarından sayılır. Onlara uğurlar arzulamaqla yeni şeirlərini "Yeni səs" portalı vasitəsilə oxuculara çatdırıram.
Ələsgər ƏLIOĞLU,
"Əli Nəzmi" ədəbi birliyinin sədri
Lütfi
HALAYOĞLU
ŞƏHİDLƏRİM
Sizə şahid məkan oldu, zaman oldu,
Şəhid olmaq Sizlərə nə asan oldu,
Amalınız, arzunuz gül açan oldu,
Azadlığa nəğmə deyən laylasınız,
Bir solmayan saf, ləkəsiz aynasınız, -
O aynadan boylanıram yetim-yetim,
Şəhidlərim!
Qaniçənlər qanımıza yeriklədi,
Cismimizi bölüm-bölüm bölüklədi,
Kişilikdən dəm vuranlar düdükləndi,
Qanınızı yerdə qoymaz qeyrətimiz,
Şükür olsun oyanıbdır millətimiz, -
Nadanları didəcəyik didim-didim,
Şəhidlərim!
Məzarınız ah qoparır, haray çəkir,
Ana, bacı dərdinizdən ah-vay çəkir,
Fikrim xəyal bayrağından bir ay çəkir,
O bayrağı qanınızla boyadınız, -
Siz o Ayı ruhunuzla nurlandınız,
Sizə sönməz, tükənməzdir məhəbbətim,
Şəhidlərim!
BİR NAĞIL DE...
Can nənə bir nağıl de!
Əhməd Cəmil
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Ay nənə, sən deyirsən,
Şəhidlər ölmür axı.
Atam evə gəlməyir,
Bilirsənmi nə vaxdı.
Səndən nağıl istədim,
Nağıl deyə bilmədin.
Atam getdiyi gündən,
Danışmadın, gülmədin.
Bağçada müəlliməm,
Saçımı sığallayır.
Baxıb görürəm o da,
Doluxsunub ağlayır.
Üzünü tük basıbdır,
Babam dinib danışmır.
Əvvəlki babam deyil,
İşə-gücə alışmır.
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Atam mənə deyirdi,
Səni ata mindirib,
Dağlara aparacam.
Dağların yamacından,
Sənə gül qoparacam.
Həm kəkotu, həm qəfli,
Qantəpər də yığarıq.
Ceyran, cüyür, ya maral,
Hər nə olsa qovarıq,
Çoxlu moruq yığarıq.
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Atımızın gözündən,
Yaş gəlir axşam-səhər.
Artıq xeyli zamandır,
Küncdə qalıbdır yəhər.
Atı minib dağlara,
Təmə-təkcə gedərəm.
Həm kəkotu, həm qəfli,
Qantəpər də dərərəm.
Həm də dağdan cürbəcür,
Gül-çiçəklər yığaram.
Bacım ilə aparıb,
Bax bütün şəhidlərin,
Qəbri üstə qoyaram.
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Ay nənə bir görəsən,
Anamın göynəyini.
Hər gün ütüləyəndə,
Atamın köynəyini.
Bacım daha mənlə də,
Evcik-evcik oynamır.
Rəngli qələmləriylə,
Dırnağını boyamır.
Bacımın saçlarına,
Anam göy bant bağlayır.
Qırmızı köynəyini,
Geydirib tumarlayır.
Yaşıl tumanına da,
Baxaraq gülümsəyir.
Mənim qızım dalğalı,
Bayrağımızdır: - deyir.
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Anam məni gecələr,
Qucaqlayıb yat: - deyir.
Hələ yatmamısanmı,
Bax kişnədi at: - deyir.
Hirsləndi mənə anam,
Məni çoxlu danladı.
Ay nənə, bir də gördüm,
Xoruzumuz banladı.
Gecəni yatmıram ki,
Atam gələr görərəm.
Durub tezcə atamın,
Üz-gözündən öpərəm.
Axı mənə deyirdin,
Gecələr gəlir atam.
Ona görə gecələr,
İstəmirəm mən yatam.
Bəlkə də gəldi atam,
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
Bir doyunca yatım mən,
Atam gəlsin yuxuma.
Çubuqdan yay düzəltsin,
Düzəltdiyim oxuma.
Atam yuxuma gəlsin,
Çaylaqdakı qarğıdan,
Mənə tütək düzəltsin.
Tütəyi çalan kimi,
Atım gəlsin yanıma.
Yenə minbir həvəslə,
Sığal çəkim yalına.
Atamla yenə birgə,
Çoxlu işlər görərik.
Atın quyruq tükündən,
Cələmizi hörərik.
Cələni hörə-hörə,
Atam nəğmə oxuyar.
Əzizim ulu dağlar,
Balamı qoru dağlar.
Balama göstərmə sən,
Biz gedən yolu dağlar.
Sonra mənə qamışdan,
Günlük papaq toxuyar.
Atam nəğmə oxuyar.
Atam ölübsə əgər,
Mənə düzünü deyin.
Mənə igid atamın,
Axır sözünü deyin.
De, nənə bir nağıl de,
De nağılım noğuldu.
De ki, şəhid olanlar,
Bir başqa cür oğuldu.
Elə nağıl söylə ki,
Qurd yeməsin quzunu.
Qoy nökərə versinlər,
Şahzadənin qızını.
Bir də de ki, ay nənə,
Biri vardı, biri yox.
Bu qanadlı dünyanın,
Sınmış qanadlarının,
Biri yaydı, biri ox.
Ay nənə, bir de görüm,
Qızılgülə batımmı!?
Göydən düşən üç almanın
Birni sənə atımmı!?
Atam mənə dedimi,
Bax torpaq əmanəti.
O torpağa sancılan,
Al bayraq əmanəti.
Oğul, oğul, ay oğul,
Bu torpaq əmanəti,
Bu torpaq əmanəti.
-------------------------------------------------------------------
İlqar DAŞDI
MƏNİ
Uyub çayların səsinə,
Düşürəm dağ həvəsinə.,
İlk baharın nəfəsinə,
Çiçəklər səsləyir məni.
Dərdi-qəmi unutmağa,
Hisslərimi ovutmağa,
Çobanlarla hal tutmağa,,
Tütəklər səsləyir məni.
Bulaqların sorağına,
Gözəllərin oylağına,
By dağların qucağına,
Ürəklər səsləyir məni.
QONAQ GƏL İNDİ
Könlümün pərişan vaxtı,
Əzizim, qonaq gəl indi.
Gecə keçəndə, sübh çağı,
Əzizim, qonaq gəl indi.
Neynirsən vaxtı, zamanı,
Gözləmə qatı dumanı.
Ziyarətgah bil buranı,
Əzizim, qonaq gəl indi.
Çox da gözlətmə İlqarı.
Əyilib həsrətə sarı...
Sonda güzəştə get barı,
Əzizim, qonaq gəl indi.
GÖZLƏYİRƏM, QAYIT, GÜLÜM
Üfüqlərə göz dikmişəm,
Xəyalımda yol çəkmişəm.
Qıyma nəzərindən düşəm,
Gözləyirəm, qayıt, gülüm.
Gül-çiçək də talan olub,
O xoş günlər yalan olub...
Keçən keçib, olan olub,
Gözləyirəm, qayıt, gülüm.
Çəmənlər açmır qəlbimi,
Gəzirəm sərgərdan kimi...
Qoyma sönməyə təbimi,
Gözləyirəm, qayıt, gülüm!..
Gözləyirəm, qayıt, gülüm!..
SÖYLƏ, SÖYLƏ
Gözlərində nişan olub,
Könlümü qan eylə,eylə.
Buz ürəyimə od salıb,
Düş dalımca, teylə, teylə.
Gün buludu yaran kimi,
Gül buludsuz solan kimi,
Qızdırmadan yanan kimi,
Of, sevirəm,-söylə, söylə.
Ay qız, İlqar Daşdı gilə,
Gəl, ağlama gilə. gilə,
Eşqimizi salıb dilə,
Car çəkməynən bilə, bilə.
DOYUB DEMƏ
Ay insafsiz. Yad eldə,
Yiyəsiz qoyub getmə.
Əzəl etmisən, bir də
Qəlbimi oyub getmə.
Aldanma yad sözünə,
İnam yarat özünə.
Səhvimi sox gözümə,
Dərimi soyub getmə.
İlqarı yola vermə,
Gündə bir dona girmə.
Qıfıl vurub dilimə,
Şairdən doyub getmə.