Ələt yolunda ağır qəza - ölənlər və yaralılar var

KRİMİNAL 21:46 / 30.09.2022 Baxış sayı: 1008

Ələtdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenises.az  apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 57-ci kilometrliyində  qeydə alınıb. Belə ki, yük avtomobili “Mercedes Vito” markalı mikroavtobusa arxadan çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.