Ələddin  Əzimli  - SƏN, MƏN VƏ DÜNYA

Ədəbiyyat 20:00 / 18.08.2026 Baxış sayı: 696

 

Məni

səhərlər kim oyadacaq yuxudan,

həzin-həzin səslənməsən?!

Mürgülü baxışlarıyla

kim oxşayacaq səni

kövrək-kövrək dillənməsəm?!

Qaranlıqlar

bürüyəndə ev-eşiyi,

çöl-bayırı,

kim aydınladacaq

içimi-çölümü

səndən,

nurlu baxışlarından başqa?!

Kim

arxa-dayacaq olacaq sənə

məndən,

ürəyimin həyacanlı çırpınrısından,

hay-harayından başqa?!

Kim

çıxaracaq səni ağrıdan, dərddən,

baş gicəllərdən qovğadan,

xoşagəlməz söz-söhbətdən

İlahi hikmətdən, nurdan başqa.

Sənsiz, mənsiz

unutma,

bu sadə həqiqətı

qapısız, pəncərəsiz

Sirdir, sehrdir bu dünya.

Sənsiz, mənsiz

bu yolda

Kimə lazımdır bu sevda,

şirin bir nağıl,

dadlı bir röyadır bu dünya?!

18 .08. 2026