Əbülfət
Ədəbiyyat
12:38 / 19.08.2026
Baxış sayı: 351
Ömür bəzəyidi, dodaq balıdı
Üzə gülümsəyən tər pöhrə fidan!...
Səni xatırlatmır, səndən danışmır -
Gözümü oxşayan hər çöhrə ,Fidan!
Gözəllik önündə başımı əyim
Əlim də çatmır ki, saçına dəyim!
Bu yaşda mən indi bəs necə deyim -
Düşmüşəm eşq adlı bu sehrə , Fidan!
Səni soraqlayan qəlbimi dinlə
Mənə tarix olan həmin o günlə!
Sən mövzu olmusan gözəl, qəlbinlə -
Yazdığım hər təzə şeirə, Fidan!