Əbülfət Mədətoğlu : - Özüm, qələm, odam...

Bir özüməm, bir qələmdi, bir odam
İstəmirik illər bizi təkləyə...
Bir qələmin yandırdığı bir odam -
İşığımız hələ düşür, təkliyə!..
Gecəmiz də, gündüz kimi sükutlu,
Mən dinmirəm, qələm dinmir, oda lal!..
Ömrümüzün gerçək adı Sükutdu -
Vaxtın olsa , zəng et, bizi oda sal!
Qələmim də, özüm də,həm odam da -
Bir pərvanə talehini seçmişik...
Allah bilir, ürək adlı o, damda -
Biz məhəbbət sınağından keçmişik!..