Əbülfət Mədətoğlu : - Həsrətimin cizgiləri...
Bir heykəl görkəmi var -
Bir az gendən süzəndə!
Bu həsrət eləyir dar -
Dünyamı, əl üzən də!..
Hər gün gedib, gəldiyim
Ölçülərin bildiyim...
Baxışımla sildiyim -
Yerə, çiçək düzəndə!..
Səsim daşda mamırdı
Acımamış xamırdı ...
Ondan işıq damırdı -
Hələ qalır üzündə!
Həsrət həm də zahadı,
Sənli anım bahadı!
Ömrüm boş bir kahadı -
Qəm dodağın büzəndə!