Əbülfət Mədətoğlu : - Gözündən

Gündəm, Ədəbiyyat 09:12 / 26.12.2022 Baxış sayı: 1020

 

Ürəyimi sap edəndən kədərə

Nazilibdi, keçir iynə gözündən...

Məni dustaq eyləyibdi qədərə -

Bax, tökülür yenə hiylə gözündən...

 

"Ah" qapısı açıq qalıb üzümə,

Əli sazlı aşıq salıb izimə...

Vaxt tapanda döyə-döyə dizimə -

Yayınıram, hayla, küylə gözündən!..

 

Əbülfəti kandarına sər, götür

Ürəyini lap kökündən dər, götür!

Barmaqları dillər üstə tər tökür -

Vəd almaqçün do-re-mi-ylə gözündən!