Ca­vid ro­man­tiz­mi­nin sər­kər­də qəh­rə­ma­nı – Sə­ya­vuş

YAZARLAR 13:25 / 15.07.2024 Baxış sayı: 2551

 

Görkəm­­li şa­­ir-dra­­ma­­turq H.Ca­­vi­­din yal­­nız öz dövrü üçün de­­yil, bütün dövrlər üçün ak­­tu­­al olan mə­­sə­­lə­­lər­­dən yaz­­dı­­ğı əsər­­lə­­ri göstə­­rir ki, bə­şə­ri sə­­nət­­kar ta­­ri­­xi mövzu­­la­­ra da­­ha çox müra­­ci­­ət et­­miş­­dir. Ta­­ri­­xi hə­­qi­­qət­­lə­­rə sa­­diq­­li­­yi H.Ca­­vi­­din bütün ya­­ra­­dı­­cı­­lı­­ğın­­da hə­­mi­­şə əsas xətt olub, sə­­nət­­kar şəx­­siy­­yə­­ti­­nə şə­­rəf və eh­­ti­­ram gə­­tir­­ib. “Sə­­ya­­vuş” əsə­­ri ilk türk ta­­ri­­xi­­nin tə­­məl də­­yər­­lə­­ri­­nin səl­­cuq im­­pe­­ra­­tor­­lu­­ğu­­na qə­­dər­­ki dövrünün ha­­di­­sə­­lə­­ri­­ni əks et­­di­­rir. “Sə­­ya­­vuş” pye­­si bir da­­ha sübut edir ki, H.Ca­­vid hər bir söz, fi­­kir üzə­­rin­­də, hər per­­so­­na­­jın for­­ma­­laş­­dı­­rıl­­ma­­sın­­da us­­ta­­lıq­­la ça­­lı­­şıb, elə ide­­ya­­la­­rı hə­­dəf götürüb ki, tə­­sadüf­­lər üçün zər­­rə qə­­dər yer qal­­ma­­yıb.

Əsə­­rin baş­­lan­­ğı­­cın­­da “Şar­­kın böyük da­­hi­­lə­­rin­­dən Fir­­dov­­si­­nin bin yıl­­lı­­ğı­­na it­­haf” sözlə­­ri ya­­zıl­­mış bu pyes Fir­­dov­­si­­nin ana­­dan ol­­ma­­sı­­nın 1000 il­­li­­yi ilə əla­­qə­­dar elan olun­­muş müsa­­bi­­qə üçün nə­­zər­­də tu­­tul­­muş və H.Ca­­vid hə­­min müsa­­bi­­qə­­də qa­­lib gəl­­miş­­dir. Pye­­sin əv­­və­­lin­­də ve­­ril­­miş epiq­­raf da sə­­ciy­­yə­­vi­­dir: “Baş­­ta he­­kim Fir­­dev­­si ola­­rak şu va­­ka­­yı tas­­vir eden­­ler az de­­ğil. Müel­­lif de yor­­gun duy­­gu­­la­­rı­­nı din­­let­­mek üze­re şu mev­­zu­­ya do­­kun­­du və “Şah­­na­­me”ye yak­­laş­­mak is­­ter­­ken uzaqk­laş­­mış bu­­lun­­du” (187, 420).

Bu epiq­­ra­­fın ma­­hiy­­yə­­ti on­­dan iba­­rət­­dir ki, H.Ca­­vid “Sə­­ya­­vuş” əsə­­rin­­də “Şah­­na­­mə”də ol­­du­­ğu ki­­mi xalq­­la­­rın və ölkə­­lə­­rin qar­­şı-qar­­şı­­ya qo­­yul­­ma­­sı ide­­ya­­sı­­nın tə­­rəf­­da­­rı ol­­ma­­mış­­dır. Bu­­nun­­la ya­­na­­şı, mən­­sub ol­­du­­ğu xal­­qın ta­­ri­­xi­­nə sə­­da­­qət göstə­­rə­­rək türkçülük məf­­ku­­rə­­si­­nə xid­­mə­­ti əsas ide­­ya ki­­mi irə­­li sürmüşdür. Fir­­dov­­si­­nin min il­­li­­yi­­nə həsr olun­­muş müsa­­bi­­qə­­nin münsif­­lə­­ri H.Ca­­vid sə­­nə­­ti­­nin möcüzə­­si­­nin seh­­ri­­nə elə uy­­muş­­lar ki, Fir­­dov­­si­­dən uzaq­­la­­şa­­raq ta­­ri­­xi türkçülük məf­­ku­­rə­­si­­ni ön pla­­na çə­­kən sə­­nət­­ka­­rın baş­­lı­­ca ide­­ya xət­­ti­­ni ya təh­­lil edib qə­­na­ə­­tə gə­­lə bil­­mə­­miş­­lər, ya da bu­­nu dil­­lə­­ri­­nə al­­ma­­ğa, qə­­ləm­­lə­­ri ilə çat­­dır­­ma­­ğa güclə­­ri, qüdrət­­lə­­ri çat­­ma­­mış­­dır.

Pro­fes­sor Mu­­sa Adi­­lov ya­­zır: “İran-Tu­­ran. Əsa­­sən, po­e­­tik məq­­səd iz­­lə­­yən bu ob­­raz­­lı ifa­­də Fir­­dov­­si­­nin “Şah­­na­­mə­”si ilə əla­­qə­­dar ya­­zıl­­mış­­dır, hə­­min əsər­­də İran ilə Tu­­ran ara­­sın­­da ge­­dən müha­­ri­­bə­­lər­­dən ge­­niş və ət­­raf­­lı bəhs olu­­nur” (1, 22). Ta­­ri­­xi İran-Tu­­ran ha­­di­­sə­­lə­­ri in­­ki­­şa­­fın­­da qar­­şı­­dur­­ma ya­­ra­­dan Fir­­dov­­si xət­­tin­­dən yan ke­­çə­­rək H.Ca­­vid türk in­­ki­­şaf era­­sı­­nın ən par­­laq, əda­­lət­­li, adil hökmda­­rı Əf­­ra­­si­­yab – Alp Ər Ton­­qa ha­­ki­­miy­­yə­­ti­­ni da­­ha qa­­ba­­rıq göstə­­rir. İran hökmda­­rı Key­­ka­­vus, cən­­ga­­vər Zal oğ­­lu Rüstəm, sa­­ray zid­­diy­­yət­­lə­­ri­­nin eh­­ti­­ras­­lı kin-əda­­vət mə­­la­­kə­­si Süda­­bə, azad­­lıq, qəh­­rə­­man­­lıq sim­­vo­­lu Sə­­ya­­vuş, və­­zir Pi­­ran, üsyan­­çı Al­­tay ob­­raz­­la­­rı va­­si­­tə­­si­­lə H.Ca­­vid öz ro­­man­­tik düşüncə­­sin­­dən süzülüb gə­­lən ta­­ri­­xi ye­­ni də­­yər­­lər­­lə bir­­gə bi­­zə çat­­dı­­rır. H.Ca­­vid türk ta­­ri­­xi­­nə, mi­­fo­­lo­­ji qay­­naq­­la­­rı­­na, ədə­­bi in­­ki­­şaf sal­­na­­mə­­si­­nə elə də­­rin­­dən bə­­ləd idi ki, bu mə­­nə­­vi zən­­gin­­lik onun əsər­­lə­­ri­­nin fəl­­sə­­fi, ta­­ri­­xi, məf­­ku­­rə­­vi təh­­li­­lin­­də müəl­­li­­fi dünya­­nın ən böyük sə­­nət­­kar­­la­­rı ilə müqa­­yi­­sə­­də da­­ha yüksək­­lə­­rə ucal­­dır­­dı.

H.Ca­­vid 624-cü il­də baş ver­­miş ha­­di­­sə­­lə­­ri Fir­­dov­­si “Şah­­na­­mə”si­­nə xi­­ta­­bən seç­­sə də, öz düşüncə­­sin­­də və ya­­ra­­dı­­cı­­lı­­ğın­­da türkçülük məf­­ku­­rə­­si­­ni 1933-cü ilə qə­­dər apa­­rı­­cı ide­­ya ki­­mi sə­­da­­qət­­lə da­­şı­­ya­­raq dövrünün ən cə­­sa­­rət­­li sə­­nət­­kar ad­­dı­­mı­­nı at­­mış­­dı. 1920-ci il­­dən 13 il ke­­çir və Azər­­bay­­can Xalq Cümhu­­riy­­yə­­ti­­nin süqu­­tun­­dan son­­ra Azər­­bay­­can ye­­ni­­dən bol­­şe­­vik Ru­­si­­ya­­sı­­nın iş­­ğa­­lı al­­tın­­da­­dır. Bu za­­man türkçülük ide­­ya­­sı zo­­rən so­­si­a­­lizm ide­­ya­­sı ilə əvəz edi­­lir­­di. Sə­­nət­­kar­­lıq­­da ide­o­­lo­­ji xətt so­­si­a­­lizm xət­­ti ol­­sa da, “for­­ma­­ca mil­­li, məz­­mun­­ca so­­si­a­­list” ədə­­biy­­ya­­tın ya­­ra­­dıl­­ma­­sı bir prin­­sip ki­­mi irə­­li sürülsə də, H.Ca­­vid bu əsər­­lə nə­­in­­ki tək Azər­­bay­­ca­­nın, elə­­cə də Ru­­si­­ya im­­pe­­ri­­ya­­sı da­­xi­­lin­­də fə­a­­liy­­yət göstə­­rən bütün türkdil­­li res­­pub­­li­­ka­­la­­rın mil­­li yad­­da­­şı­­nı da­­im oyaq qal­­ma­­ğa sövq et­­di. H.Ca­­vid “To­­pal Tey­­mur”da iki türk fa­­te­­hi­­ni səh­­nə­­yə çı­­xa­­ra­­raq on­­la­­rın mil­­li də­­yə­­ri­­ni özünə qay­­tar­­maq­­la, “Sə­­ya­­vuş”da Alp Ər Ton­­qa­­nı, Sə­­ya­­vu­­şu ucalt­­maq­­la al­­dı­­ğı ta­­ri­­xi zövqü “Xəy­­yam”da da­­vam et­­di­­rə­­rək bütün dünya­­ya türkün ta­­ri­­xi kim­­li­­yi­­ni ta­­nıt­­dı. Dövrün ic­­ti­­mai-si­­ya­­si ha­­di­­sə­­lə­­ri­­nə müna­­si­­bə­­ti­­ni ta­­ri­­xi hə­­qi­­qət­­lər için­­də elə us­­ta­­lıq­­la əri­­də bil­­di ki, dövrün tən­­qid­­çi­­lə­­ri be­­lə əsas ide­­ya­­nı təh­­lil et­­mək qüdrə­­tin­­də ol­­ma­­dı­­lar. C.Cə­­fə­­rov ya­­zır­­dı: “Sə­­ya­­vuş” əsə­­ri, mən­­cə, əs­­lin­­də, xalq dra­­ma­­sı de­­yil, bir növ mo­­nod­­ra­­ma­­dır, yə­­ni bir şəx­­sin ta­­le­­yi­­ni təs­­vir edən əsər­­dir” (52, 219).

H.Ca­­vid Fir­­dov­­si­­nin qa­­bart­­dı­­ğı, öydüyü Key­­ka­­vu­­su əsas ide­­ya ki­­mi qə­­bul et­­səy­­di, bu əsə­­ri yal­­nız müsa­­bi­­qə üçün ya­­zıl­­mış əsər ki­­mi qə­­bul et­­mək olar­­dı. Am­­ma müsa­­bi­­qə­­də qa­­lib gə­­lən türkçülük məf­­ku­­rə­­si­­nin ta­­ri­­xi ru­­hu idi, türk əda­­lə­­ti idi və H.Ca­­vi­­din mə­­həb­­bət, hə­­qi­­qət ax­­ta­­rı­­şın­­da əqi­­də dönməz­­li­­yi idi. Günah­­sız, azad­fi­­kir­­li əda­­lət car­­çı­­sı, sev­­gi­­si üçün və­­tən, haqq və könül sev­­da­­sı uğ­­run­­da hə­­lak olan sər­­kər­­də Sə­­ya­­vuş türkçülüyün sim­­vo­­lu ki­­mi əsə­­rin əsas qəh­­rə­­ma­­nı idi. N.At­­sız: “Ən əs­­ki za­­ma­­na ait türk des­­ta­­nı – “Alp Ər Ton­­qa des­­ta­­nı” mə­­qa­­lə­­sin­­də ya­­zır: “Acem şa­i­­ri Fir­­dev­­si, İra­­nın des­­ta­­nı ta­­ri­­hi olan “Şeh­­na­­me” ad­­lı büyük ese­­ri­­ni ya­­zar­­ken Af­­ra­­si­­yab­­dan çok bah­­set­­miş­­tir. Af­­ra­­si­­ya­­ba ait par­­ça­­la­­rı ya­­zar­­ken Fir­­dev­­si yal­­nız İran­­lı­­lar ara­­sın­­da­­ki ri­­va­­yet­­le­­ri de­­ğil, Türkler ara­­sın­­da­­ki ri­­va­­yet­­le­­ri de görmüştür. Çünkü Fir­­dev­­si, Türk pa­­di­­şa­­hı olan Gaz­­ne­­li Mah­­mu­­dun sa­­ra­­yın­­da ve bir Türk mu­­hi­­tin­­de bu­­lu­­nu­­yor­­du. Şeh­­na­­me­­de, Türk kah­­ra­­man­­la­­rın­­dan ba­­zı­­la­­rı­­na ait isim­­le­­rin ha­­lis Türkçe ol­­ma­­sı da bu­­nu is­­bat eder. Bu­­nun­­la be­­ra­­ber Alp Er Tun­­ga­­ya ait ri­­va­­yet­­ler, Türkler­­le Acem­­ler ara­­sın­­da, hiç şüphe­­siz, bir­­bi­­rin­­den fark­­lı şe­­kil­­de ya­­şı­­yor­­du. Bil­­has­­sa Türkle­­re ait isim­­le­­rin ço­­ğu İran ri­­va­­yet­­le­­rin­­de acem­­leş­­ti­­ril­­di. Me­­se­­la “Alp Er Tun­­ga”, Acem ri­­va­­yet­­le­­rin­­de “Afrâ­­si­­yab” ol­­du­­ğu gi­­bi, Alp Er Tun­­ga­­nın kar­­de­­şi “Alp Arız”da “Ag­­rı­­res” ol­­muş­­tur. Türk ri­­va­­yet­­le­­rin­­de Alp Er Tun­­ga­­nın kı­­zı­­nın adı “Kaz”dır. Acem ri­­va­­yet­­le­­rin­­de­­ki iki kı­­zı­­nın adı ise “Fe­­ren­­gis” ve “Me­­ni­­je”dir. Bu­­na mu­­ka­­bil İran ri­­va­­yet­­le­­rin­­de, Alp Er Tun­­ga­­nın oğul­­la­­rın­­dan bi­­ri­­nin adı “Ka­­ra Han”, bir kah­­ra­­ma­­nın adı da “Demür”dür, ya­­ni ha­­lis Türkçe isim­­ler­­dir. Asır­­lar­­ca bir­­bi­­riy­­le çar­­pış­­mış iki mil­­le­­tin des­­tan­­la­­rı­­nın da bir­­bi­­ri­­ne te­­sir et­­me­­si ga­­yet ta­­bi­i­­dir” (186, 268).

Mah­­mud Kaş­­ğa­ri “Di­­va­­nu Lu­ğat-it-turk” əsə­­rin­­də ya­­zır ki, hə­­qi­­qət­­də Sə­­ya­­vu­­şun Qəz­­vin­­də öldürülmə­­si ha­­di­­sə­­si ta­­rix­­də baş ver­­miş­­dir: “Atə­­şə ta­­pı­­nan­­lar hər il bir gün bu­­ra gə­­lər, Sə­­ya­­vu­­şun öldüyü ye­­rin yörə­­sin­­də ağ­­lar­­lar, qur­­ban kə­­sər­­lər…

…Bu görüşkü ta­­nı­­ğı bütün Ma­­və­­ra ən Nəhr­­dən, Ye­­ni­­kənd­­dən Do­­ğu­­ya qə­­dər türk ölkə­­si­­dir” (121, 319).

Sə­­ya­­vuş ey­­ni za­­man­­da azad türkün ru­­hu­­nun ümu­­mi­­ləş­­miş ob­­ra­­zı­­dır. Taxt-tac­­dan uzaq du­­ran, da­­xi­­lən sa­­də soy­­daş­­la­­rı­­na mər­­hə­­mət və sev­­giy­­lə do­­lu, hərb­­dən baş­­qa heç nə düşünmə­­yən türk ob­­ra­­zı­­dır. Onun kənd­də böyümə­­si – çər­­çi­­və­­siz, azad hə­­ya­­ta işa­­rə­­dir. Sa­­ray­­la­­ra sığ­­ma­­ma­­ğı tə­­bi­i­­dir, at be­­lin­­də yürüşlər­­də, qəh­­rə­­man­­lıq­­da özünü təs­­diq et­­mək türkün ta­­ri­­xi mis­­si­­ya­­sı­­dır. Süd ana­­sı ağ­­saç­­lı qa­­dı­­nın öyüd-nə­­si­­hə­­ti ta­­ri­­xi ana öyüdüdür, türkün qa­­dı­­nı­­nın, ana ob­­ra­­zı­­nın, türk mə­­nə­­vi əx­­la­­qı­­nın, yurd, və­­tən is­­tək və ar­­zu­­la­­rı­­nın tə­­cəssümü ki­­mi səs­­lə­­nir:

 

Za­­lim­­lə maz­­lu­­mu sa­­kın bir tut­­ma,

Ye­­di­­yin ək­­mə­­yi, du­­zu unut­­ma!

…Biz se­­ni bəs­­lə­­dik, ça­­lış adil ol,

Hay­­dı yav­­rum, şan­­lı yol, uğur­­lu yol (52, 143).

Sə­­ya­­vuş yüksək əx­laq­­lı, saf və mə­­nə­­viy­­yat­­lı ol­­du­­ğu üçün heç bir sa­­ray və qa­­dın if­­ti­­ra­­la­­rı­­nın alə­­ti­­nə çev­­ril­­mir. Süda­­bə­­nin böhta­­nı aş­­kar­­la­­nan­­da be­­lə onun ölümünə ra­­zı ol­­mur, ba­­ğış­­lan­­ma­­sı­­nı ata­­sın­­dan xa­­hiş edir.

Sə­­ya­­vuş iki də­­fə xə­­ya­­nə­­tə uğ­­ra­­yır, hət­­ta son­­da ye­­nə da­­yı­­sı Gər­­şi­­vəz­­lə bir­­lə­­şən Süda­­bə­­nin bir­­gə xə­­ya­­nə­­ti­­nin qur­­ba­­nı olur.

Əsər­­də Əf­­ra­­si­­yab–Key­­ka­­vus, İran–Tu­­ran zid­­diy­­yət­­lə­­ri görünsə be­­lə, H.Ca­­vid Fir­­dov­­si ki­­mi bu zid­­diy­­yət­­lə­­rin tə­­rəf­­da­­rı­tək çı­­xış et­­mir. Sər­­həd hüdud­­la­­rı­­na göndə­­ri­­lən Sə­­ya­­vuş və Rüstəm Za­­loğ­­lu sər­­hə­­din ke­­çil­­mə­­di­­yi­­ni, ək­­si­­nə, yağ­­ma­­lan­­mış sa­­də in­­san­­la­­rın na­­ra­­zı­­lı­­ğı­­nı görən qəh­­rə­­man­­la­­rın və ağ­­saq­­qal və­­zir Pi­­ra­­nın müda­­xi­­lə­­si ilə hər iki tə­­rəf ara­­sın­­da ba­­rı­ş ha­­di­­sə­­lə­­ri­ni in­­ki­­şaf et­­di­­rə­­rək əsas ide­­ya­­nı or­­ta­­ya çı­­xa­­rır. Sə­­ya­­vu­­şun ata­­sı bu ba­­rı­­şı­­ğa “xə­­ya­­nət” adı ve­­rir. Mus­­ta­­fa Haq­qı Türkə­qul “Azər­­bay­­can türk şa­i­­ri Hüseyn Ca­­vid” əsə­­rin­­də ya­­zır: “Fa­kat bu ba­­rış Key­­ka­­vu­­su hiç de mem­­nun bı­rak­­maz. Onun mak­­sa­­dı en kor­­xunc ra­­ki­­bi olan Ef­­ra­­si­­ya­­bı or­­ta­­dan kal­­dır­­mak­dır. Bu iş­­te Çin Ha­­ka­­nı da bo­­yu­­na İra­­nı kıs­­kırt­­mak­­da­­dır. Her iki­­si­­nin de niy­­et­­le­­ri müşte­­rek duş­­man­­la­­rı olan Ef­­re­­si­­ya­­bı ne pa­­ha­­sı­­na olur­­sa ol­­sun, har­­be so­­kup, mağ­­lub et­­mək­­dir” (192, 135).

Alp Ər Ton­­qa ta­­ri­­xi türk xa­­qa­­nı ol­­maq­­la dünya ta­­ri­­xin­­də əda­­lət­­li, adil hökmdar ki­­mi mə­ş­hur idi. H.Ca­­vi­­din böyüklüyü, da­­hi­­li­­yi bun­­dan iba­­rət idi ki, o, türk-İran zid­­diy­­yət­­lə­­ri və ona qo­­şu­­lan Çin-türk müna­­si­­bət­­lə­­ri­­ni 1933-cü il­­də Fir­­dov­­si yu­­bi­­le­­yi pər­­də­­si ilə örtə­­rək türk mən­­li­­yi­­ni, mil­­li məf­­ku­­rə­­si­­ni ye­­ni­­lə­­di, yad­­daş­­la­­rı so­­si­a­­lizm ide­o­­lo­­gi­­ya­­sın­­dan az da ol­­sa tə­­miz­­lə­­yə bil­­di. Key­­ka­­vu­­sun öz oğ­­lu­­na itən ina­­mı­­nın xə­­ya­­nət­­lə əvəz olun­­ma­­sın­­dan son­­ra məc­­bu­­riy­­yət qar­­şı­­sın­­da qa­­lan Sə­­ya­­vuş öldürül­mə­­mək üçün Əf­­ra­­si­­ya­­bın ya­­nı­­na, Tu­­ra­­na gəl­­mə­­yi, ana yur­­du­­na pə­­nah gə­­tir­­mə­­yi qə­­ra­­ra alır. Bu süjet ana yur­­da dönüş, tə­­məl məf­­ku­­rə­­yə, əsil-nə­­ca­­bə­­tə qa­yı­dış ki­­mi ifa­­də olu­­nur­­du.

Çin səd­­din­­də üsya­­nın sə­­bəb­­ka­­rı Va­­li­­nin özba­­şı­­na­­lı­­ğı­­na, na­­mus­­la­­ra göz dik­­mə­­si­­nə qar­­şı Sə­­ya­­vu­­şun müna­­si­­bə­­ti ən əda­­lət­­li cən­­ga­­vər ob­­ra­­zı ki­­mi həm də Alp Ər Ton­­qa ha­­ki­­miy­­yə­­ti­­nə onun mövqe­­yi­­ni or­­ta­­ya qo­­yur. Al­­tay və Yal­­çın ob­­raz­­la­­rı əsə­­rə tə­­sadü­­fən da­­xil edil­­mə­­miş­­dir, on­­lar üsyan­­kar, əda­­lət is­­tə­­yən türk gənc­­lə­­ri­­nin sim­­vo­­lu­­dur­­lar. Ta­­ri­­xi Al­­tay nə­­zə­­riy­­yə­­si­­nin rəm­­zi ki­­mi an­­la­­şı­­lan Al­­tay və Al­­ta­­yın üsya­­nı – Ru­­si­­ya im­­pe­­ri­­ya­­sı­­nın tər­­ki­­bin­­də­­ki türklə­­rin ta­­ri­­xi is­­tə­­yi­­nin tə­­zahürü ki­­mi H.Ca­­vi­­din ar­­zu­­la­­rı idi. Bu həm­­çi­­nin türkçülüyün ye­­ni in­­ki­­şaf mər­­hə­­lə­­si­­nin tə­­ləb­­lə­­ri­­nin də fərq­­li ol­­du­­ğu­­nu bil­­di­­rir. Ca­­vidşü­­nas K.Əli­­yev H.Ca­­vi­­din Əf­­ra­­si­­yab məm­­lə­­kə­­tin­­də Sə­­ya­­vu­­şun ye­­ni düşüncə­­li türk cən­­ga­­və­­ri ki­­mi təq­­di­­ma­­tı­­nı be­­lə izah edir: “Hət­­ta Əf­­ra­­si­­ya­­bın qar­­da­­şı Gər­­şi­­vəz çin­­li­­lə­­ri ya­­ban­­çı ad­­lan­­dı­­rıb “hər az­ğı­­nı türkə bə­­ra­­bər tut­­ma” de­­yən­­də Sə­­ya­­vuş ona qə­­ti ca­­vab ve­­rir: “Mən bu düşüncə­­yə qar­­şı­­yam”. Be­­lə­­lik­­lə, ye­­ni tə­­fəkkü­­rə ma­­lik olan Sə­­ya­­vuş öz da­­yı­­la­­rın­­dan – Əf­­ra­­si­­yab­ və Gər­­şi­­vəz­­dən sürət­­lə ay­­rı­­lır” (72, 151). Bu müna­­si­­bət ye­­ni dövrdə həm də dünya­­ya, in­­san­­la­­ra H.Ca­­vi­­din bə­­şə­­ri müna­­si­­bə­­ti­­nin Sə­­ya­­vuş di­­li ilə ifa­­də­­si­­dir.

Sə­­ya­­vu­­şu Alp Ər Ton­­qa ilə da­­yı-ba­­cı­oğ­­lu müna­­si­­bə­­tin­­dən baş­­qa ye­­ni bir müna­­si­­bət də bağ­­la­­yır. Türk xa­­qa­­nı Alp Ər Ton­­qa­­nın qı­­zı Fi­­rən­­giz adı ilə əsər­­də yer alan cə­­sur, gözəl bir xa­­nım Sə­­ya­­vu­­şun əsil-nə­­ca­­bə­­ti­­ni bil­­mə­­dən sev­­di­­yi, həm də ov za­­ma­­nı Sə­­ya­­vu­­şu ya­­ra­­la­­yan qız­­dır. M.Kaş­ğa­ri “Di­­va­­nu-lu­ğə­­ti-it-türk” əsə­­rin­­də Əf­­ra­­si­­ya­­bın qı­­zı­­nı Qaz – qə­­dim türk adı ilə təq­­dim edir və Qəz­­vin şə­­hə­­ri­­ni onun adıy­­la bağ­­la­­yır: “Çünki Əf­­ra­­si­­ya­­bın qı­­zı ora­­da otu­­rar, or­­a­da oy­­nar­­mış. Türklər­­dən bir qi­sim­­lə­­ri türk ölkə­­si sı­­nır­­la­­rı­­nı Qəz­­vin­­dən sa­­yar­­lar… Qa­­zın ata­­sı olan Alp Ər Ton­­qa elə Əf­­ra­­si­­yab de­­mək­­dir” (121, 319).

Mah­­mud Kaş­­ğa­ri ey­­ni za­­man­­da Sə­­ya­­vu­­şun türklə­­rin pay­­tax­­tı Qaz şə­­hə­­ri­­nə gəl­­di­­yi­­ni və Əf­­ra­­si­­ya­­bın qı­­zı Fi­­rən­­giz­­lə ev­­lən­­di­­yi­­ni, hət­­ta əv­­vəl və­­zir Pi­­ra­­nın qı­­zı ilə ailə qur­ma­ğı­nı ya­­zır. Onun Fi­­rən­­giz­­dən dünya­­ya gə­­lən oğ­­lu­­nun adı­­nın Key­­xos­­rov ol­­ma­­sı da das­­tan­­da qeyd olu­­nur.

H.Ca­­vid Fi­­rən­­giz ob­­ra­­zın­­da gözəl­­li­­yi qə­­dər cə­­sur, mərd, çe­­vik olan, hət­­ta türk bəy­­lə­­ri ki­­mi ova çı­­xan türk xa­­nı­­mı­­nın tək­­rar­­sız­­lı­­ğı­­nı ifa­­də et­dir. To­­sun ob­­ra­­zı­­nın di­­lin­­dən de­­yi­­lən bir söz türk xa­­nı­­mı­­nın da­­xi­­li alə­­mi­­ni açır. Qız­­la­r ov et­­di­­yi za­­man Sə­­ya­­vuş cey­­ra­­na ox atır, özü də bir qız tə­­rə­­fin­­dən ox­­la­­nır. Bu za­­man ya­­ra­­nan qə­­fil eşq Sə­­ya­­vu­­şun ta­­le­­yin­­də xüsu­­si rol oy­­na­­yır. Fi­­rən­­giz ox­­la­­dı­­ğı oğ­­la­­nın kim­­li­­yi­­ni bil­­mə­­di­­yi hal­­da, mərd­­lik­­lə ona yar­­dım edib ya­­ra­­sı­­nı bağ­­la­­yır. To­­sun: “Həm ya­­ra­­lar bi­­zim qız­­lar, həm sa­­rar” (33, 222), – söylə­­yir.

Sə­­­ya­­­vu­­­şun ana qu­­­ca­­­ğı ki­­­mi məh­­­rəm bi­­­lib üz tut­­­du­­­ğu Tu­­­ran eli onun mə­­­nə­­­vi ya­­­ra­­­la­­­rı­­­na elə Fi­­­rən­­­gi­­­zin eş­­­qi, mə­­­həb­­­bə­­­ti ilə məl­­­həm olur. Əf­­­sus ki, son­­­da Fi­­­rən­­­giz də ata­­­sı­­­nı uy­­­du­­­rul­­­muş xə­­­ya­­­nə­­­tə inan­­­dı­­­rıb Sə­­­ya­­­vu­­­şun günah­­­sız­­­lı­­­ğı­­­nı sübut edə bil­­­mir. Türk xa­­­qan­­­la­­­rı ta­­­ri­­­xən xə­­ya­­nə­­ti ən ya­­xı­­ın in­­san­­la­­ra be­­lə ba­­ğış­­la­­mır­­dı­­lar. Əf­­­sus! Sə­­­ya­­­vuş Süda­­­bə­­­nin və da­­­yı­­­sı Gər­­­şi­­­və­­­zin əl­­­bir xə­­­ya­­­nə­­­ti­­­nə qur­­­ban olur. Sə­­­ya­­­vu­­­şu vax­­­ti­­­lə ov za­­­ma­­­nı Key­­­ka­­­vu­­­sun döyüşçülə­­­ri tə­­­rə­­­fin­­­dən İran sa­­­ra­­­yı­­­na apa­­­rı­­­lan və Key­­­ka­­­vu­­­sun baş hə­­­rə­­­mi­­­nə çev­­­ri­­­lən Xub­­­ceh­­­ri dünya­­­ya gə­­­tir­­­miş­­­di. Sə­­­ya­­­vuş bu gün ana yur­­­dun­­­da da­­yı­­sı tə­­­rə­­­fin­­­dən qət­­­lə ye­­­ti­­­ri­­­lir. H.Ca­­­vi­­­din da­­­hi­­­li­­­yi bu ha­­­di­­­sə­­­lə­­­ri 1933-cü ilə gə­­­tir­­­mək­­­lə yad im­­­pe­­­ri­­­ya­­­da qar­­­daş xalq­­­la­­­rın yad­­­da­­­şı­­­nı oyaq sax­­la­­maq is­­tə­­yir­di.

H.Ca­­vi­­din Tu­­ran ide­­ya­­sı “Sə­­ya­­vuş” əsə­­rin­­də in­­ki­­şaf et­­di­­ri­­lir. Bütün ya­­ra­­dı­­cı­­lı­­ğı bo­­yu sa­­diq qal­­dı­­ğı Tu­­ran fəl­­sə­­fə­­si­­nin ta­­ri­­xi köklə­­ri­­nə qə­­dər ge­­də­­rək Alp Ər Ton­­qa­­ya da­­ya­­nıb, ye­­ni ta­­ri­­xə üz tu­­tub söz de­­yə bil­­mək ya­­zar­­dan cə­­sa­­rə­t tə­­ləb edir­­di. Alp Ər Ton­­qa­­ya dönən­­də ölüm­süzlüyün sir­­ri­­ni H.Ca­­vid da­­ha də­­rin­­dən dərk et­­di­­yi üçün cə­­sa­­rə­­tin Sə­­ya­­vuş zir­­və­­sin­­dən hət­­ta gə­­lə­­cə­­yi be­­lə görürdü. Müəl­­lif, Al­­ta­­yın di­­lin­­dən söylə­­nən aşa­­ğı­­da­­kı söz­lər­­lə san­­ki əsl üsyan­­kar ki­­mi Al­­ta­­ya si­­lah­­daş­­lıq edir­­di:

Ye­­tər çıl­­dır­­dı­­nız “höku­­mət!” de­­yə,

Ev­­lə­­ri yık­­dı­­nız “əda­­lət!” de­­yə.

Məz­­lum­­lar qa­­nın­­dan ba­­də son­­du­­nuz,

Qar­­ğa-quz­­ğun ki­­bi le­­şə qon­­du­­nuz,

Qa­­nun de­­yə doğ­­ru­­luq­­dan cay­­dı­­nız,

Xal­­qın na­­mu­­su­­nu he­­çə say­­dı­­nız (31, 251).

 

Bu­­na o dövrdə heç bir sə­­nət­­ka­­rın cə­­sa­­rə­­ti çat­­maz­­dı ki, im­­pe­­ri­­ya­­nın hər əsər­­də sözü çək-çe­­vir edən ide­o­­lo­­gi­­ya­­sı­­na qar­­şı be­­lə fi­­kir­­lər­­lə çıx­­sın.

Əsə­­rin bi­­rin­­ci pər­­də­­sin­­də Key­­ka­­vus Sə­­ya­­vu­­şa çox böyük inam bəs­­lə­­yir. Xüsu­­si­­lə Süda­­bə­­yə müna­­si­­bət­­də Sə­­ya­­vu­­şun heç bir xə­­ya­­nə­­ti ol­­ma­­dı­­ğı or­­ta­­ya çı­­xan­­dan son­­ra Key­­ka­­vus de­­yir:

 

Sə­­ya­­vuş! Qal­­ma­­dı bir şübhəm sa­­na,

Vu­­rul­­dum sən­­də­­ki par­­laq vic­­da­­na.

Bir lə­­kə var bəl­­kə ay­­da, günəş­­də,

İn­­cə bir iz be­­lə yoq Sə­­ya­­vuş­­də (31, 174).

 

La­­kin ikin­­ci pər­­də­­nin so­­nun­­da sa­­ray int­­ri­­qa­­la­­rı Key­­ka­­vu­­sun Sə­­ya­­vu­­şa olan fik­­ri­­ni də­­yiş­­di­­rə bi­­lir. Key­­ka­­vus acı qəh­­qə­­hə­­lər­­lə həm Sə­­ya­­vu­­şu, həm də Rüstə­­mi xa­­in ad­­lan­­dı­­rır:

 

İş­­tə, hər iki­­niz qor­­qaq və mis­­kin!

Sə­­ya­­vuş da xa­­in, Rüstəm də xa­­in!.. (31, 210)

 

Be­­şin­­ci – so­­nun­­cu pər­­də­­də isə uy­­dur­­ma mək­­tu­­ba və qar­­da­­şı Gər­­şi­­və­­zə ina­­nan Əf­­ra­­si­­yab Sə­­ya­­vuş haq­­qı­­da “Xa­i­­nin cə­­za­­sı ölümdür an­­caq!” (52, 289) – söylə­­yir. Be­­lə­­lik­­lə, Sə­­ya­­vuş ət­­ra­­fın­­da doğ­­ma­­lar ol­­sa be­­lə, is­­tər Key­­ka­­vu­­sun, is­­tər­­sə də Əf­­ra­­si­­ya­­bın sa­­ra­­yın­­da tək­­dir, yal­qız­­dır. Ca­­vi­­din böyük sev­­gi ilə tə­­rənnüm et­­di­­yi Sə­­ya­­vuş həm də tək­­lə­­nən, ina­­nan, al­­da­­nan azər­­bay­­can­­lı­­dır! Sə­­ya­­vuş böyük yan­­ğı ilə de­­yir:

Ki­­mə inan­­­ma­­­lı­­­? İş­­tə hər di­­yar,

Ma­­na qar­­şı kin və in­­ti­­qam du­­yar (33, 274).

 

M.Əli­­oğ­­lu “Sə­­ya­­vu­­şun fa­­ci­ə­­si” mə­­qa­­lə­­sin­­də ya­­zır: “Bu sözlər­­lə o, öz fa­­ci­ə­­si­­ni, səhv­­lə­­ri­­ni, zə­­if­­li­­yi­­ni də eti­­raf edir. La­­kin bu eti­­raf hər nə qə­­dər sə­­mi­­mi, doğ­­ru və əsas­­lı ol­­sa be­­lə, ar­­tıq hər şey bit­­miş­­dir. Bu­­nun­­la da Sə­­ya­­vu­­şun al­­da­­nış­­lar, iz­­ti­­rab­­lar, hə­­yə­­can­­lı an­­lar və könül ağ­­rı­­la­­rı içə­­ri­­sin­­də ke­­çən hə­­yat ki­­ta­­bı qa­­pan­­dı” (65, 227).

H.Ca­­vid “Sə­­ya­­vuş” əsə­­ri ilə ina­­nan, al­­da­­nan Azər­­bay­­ca­­nın fa­­ci­ə­­si­­nə məl­­həm ola­­caq türk məf­­ku­­rə­­si­­ni, ta­­ri­­xi qəh­­rə­­man­­lı­­ğı­­nı əbə­­di­­ləş­­dir­­di.

“Ana”dan, “Ma­­ral”dan, “To­­pal Tey­­mur”dan, “Şeyx Sə­­nan”dan, “İb­­lis”dən ke­­çən türkçülük ide­­ya­­sı, Tu­­ran fəl­­sə­­fə­­si H.Ca­­vi­­din qə­­lə­­miy­­lə “Sə­­ya­­vuş”da ta­­ri­­xi­­lik qa­­zan­­dı. Ədə­­biy­­yatşü­­nas-alim Y.Qa­­ra­­yev so­­vet­­lər dönə­­min­­də yaz­­dı­­ğı mə­­qa­­lə­­də H.Ca­­vi­­din “Sə­­ya­­vuş”unu be­­lə xa­­rak­­te­­ri­­zə edir: “Ge­­niş hə­­yat lövhə­­lə­­ri kəs­­kin və qa­­ba­­rıq ic­­ti­­mai ide­­ya­­lar, zəh­­mət, üsyan və in­­qi­­la­­bın tə­­rənnümü “Sə­­ya­­vuş”u qüvvət­­li so­­si­­al məz­­mun­­lu fa­­ciə ki­­mi qiy­­mət­­lən­­dir­­mə­­yə im­­kan ve­­rir. Bu əsər­­də Ca­­vid ta­­ri­­xi keç­­mi­­şə, azad­­lıq hə­­rə­­ka­­tı­­na, şəx­­siy­­yət və xalq­­lar azad­­lı­­ğı mə­­sə­­lə­­si­­nə ar­­tıq dövrün tə­­ləb­­lə­­ri, müa­­sir ide­­ya, məf­­ku­­rə­­vi görüşlər sə­­viy­­yə­­sin­­dən bax­­ma­­ğı ba­­ca­­rır. Ümu­­mi ta­­ri­­xi in­­ki­­şaf­­da, əx­­laq və mə­­nə­­viy­­yat­­da olan fə­­ci zid­­diy­­yət­­lər üzə­­rin­­də eh­­ti­­ras­­lı və na­­ra­­hat düşüncə­­lər, ide­­ya ax­­ta­­rış­­la­­rı Ca­­vi­­di mütləq bu te­­ma­­ti­­ka­­ya gə­­ti­­rib çı­­xar­­ma­­lı idi” (133, 202).

H.Ca­­vid köy və sa­­ray mühi­­ti­­nin – bir-bi­­ri­­nin ək­­si olan saf­­lı­­ğın tə­­cəssüm et­­di­­yi kən­din və kin-əda­­vət yu­­va­­sı olan sa­­ra­­yın müqa­­yi­­sə­­si­­ni əsə­­rin əv­­və­­lin­­dən axı­­rı­­na qə­­dər – bütün süjet bo­­yu in­­ki­­şaf et­­di­­rir. Kənd­­li sə­­da­­qə­­tin, in­­ki­­şa­­fın, ye­­ri gəl­­sə döyüşdə ölkə­­si­­nin qo­­run­­ma­­sın­­da ca­nın­dan ke­çən cə­­sa­­rə­­tin sim­­vo­­lu­­dur. Ha­­va­­sı, su­­yu, in­­san­­la­­rı ki­­mi saf olan kənd mühi­­ti və kənd­li ob­­raz­­la­­rı “Ana” və “Uçu­­rum” əsər­­lə­­rin­­də müxtə­­lif per­­so­­naj­­lar­­la, “To­­pal Tey­­mur” əsə­­rin­­də Tey­­mu­­run kənd­li­lə­­rə müna­­si­­bə­­ti ilə H.Ca­­vid ide­­ya­­sı­­nı ifa­­də edən qəh­­rə­­man­­la­­ra çev­­ri­­lir­­lər. Sə­­ya­­vuş köyün ye­­tir­­mə­­si­­dir, sa­­ray­­la­­rın yox! Ona görə də Süda­­bə­­nin ona eşq elan et­­mə­­sin­­dən hid­­dət­­lə­­nə­­rək de­­yir:

 

Hiç ya­­lan de­­yil­­miş ana­­mın sözü,

Baş­­qa imiş sa­­ray­­la­­rın iç yüzü.

O da bir çir­­kab­­lar için­­də sönmüş,

Gənc ya­­şın­­da ömrü sə­­ra­­ba dönmüş.

Sar­­mış da hər ya­­nı bay­­quş­­lar sə­­si,

İş­­tə, gülünc fa­­ci­ə­­lər səh­­nə­­si! (31, 162)

 

H.Ca­­vid “Sə­­ya­­vuş” fa­­ci­­ə­sin­­də böhtan-şər yu­­va­­sı­­nın sa­­ki­­ni Süda­­bə­­nin əli ilə ye­­ri­­nə ye­­ti­­ri­­lən xə­­ya­­nə­­tin sə­­bə­­bi­­ni açır. H.Ca­­vid “To­­pal Tey­­mur”da Dil­­şad xa­­nım, “Ana”da Səl­­ma, “Ma­­ral”da Ma­­ral, “Uçu­­rum”da Gövər­­çin, “Sə­­ya­­vuş”da cə­­sur Fi­­rən­­giz­­lə ya­­na­­şı, eh­­ti­­ras­­lı ərəb qı­­zı Süda­­bə­­ni əsə­­rə gə­­tir­­mək­­lə həm də “Pey­­ğəm­­bər”də­­ki Şəm­­sa­­nı xa­­tır­­lat­­ma­­ğa im­­kan ya­­ra­­dır. Ana­­lıq, qa­­dın­­lıq, səf­­qət və mər­­hə­­mət­­dən uzaq olan Süda­­bə H.Ca­­vid ya­­ra­­dı­­cı­­lı­­ğı­­nın iti diş­­li iy­­rənc ca­­na­­va­­rı tə­­si­­ri ba­­ğış­­la­­yır; aman­­sız, kin­­li, böhtan, şər ila­­hə­­si ki­­mi yad­­daş­­la­­ra köçür.

H.Ca­­vid XX əs­­rin 30-cu il­­lə­­rin­­də – rep­­res­­si­­ya­­la­­rın bir ad­­dım­­lı­­ğın­­da Azər­­bay­­can ədə­­biy­­ya­­tı­­na ye­­ni bir türkçülük das­­ta­­nı bəxş et­­di. Ta­­ri­­xi­­lik­­lə müa­­sir­­li­­yi, keç­­miş­­lə in­­di­­ni və gə­­lə­­cə­­yi, tə­­nəzzül­­lə tə­­rəq­­qi­­ni, aqi­l­lik­­lə ca­­hil­­li­­yi, əv­­vəl­­lə so­­nu qar­­şı­­laş­­dı­­ra­­raq hər şe­­yin bə­­şə­­ri və ila­­hi də­­yə­­rin­­də ta­­ri­­xi, da­­ya­­nıq­­lı məf­­ku­­rə­­nin ya­­şa­­dıl­­ma­­sı və qə­­lə­­bə­­si na­­mi­­nə yaz­­ma­­ğı, ya­­rat­­ma­­ğı, ça­­lış­­ma­­ğı tövsi­­yə et­­di.

                                      Sona Vəliyeva, Filologiya elmləri doktoru, əməkdar jurnalist,