"Biz buradayıq" - Ərdoğan çevriliş təhlükəsindən sonra ilk dəfə DANIŞDI

DÜNYA 15:38 / 15.05.2024 Baxış sayı: 1032

Türkiyə Prezidenti "Ayhan Bora Kaplan" istintaqı çərçivəsində çevriliş cəhdindən danışıb. 

Yenises.az  "Unikal"-a  istinadla  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın iclasında deyib. 

"Biz bürokratik qəyyumluğa icazə vermirik. Son zamanlar gündəmə gələn hər hadisəni ən xırda detalına qədər izləyirik. Qanunu pozan hər kəsi məsuliyyətə cəlb edirik. Vətənə və millətə olan borcumuzu yerinə yetirməmək üçün heç bir bəhanə yoxdur. Hər saniyə millətimizin bizə güvənidir. Biz buradayıq və inşallah sabah da burada olacaq", - deyə Ərdoğan qeyd edib. 

Bundan əvvəl Ankara Təhlükəsizlik Müdirliyindən bir neçə işçi işdən çıxarılmışdı. Onlar “Ayxan Bora Kaplan” cinayət təşkilatı ilə əlaqədə olmaqda ittiham olunublar. Rəqəmsal materialları ələ keçirmək üçün işdən qovulan polis məmurlarının evlərində axtarış aparılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çevriliş təhlükəsi ilə bağlı məlumatların ortaya çıxmasından sonra dünən gecə saatlarında təhlükəsizlik qüvvələrinin rəhbərləri ilə təcili toplantı keçirib.