"Beş nəfərlik faciə" -dən yazdı Əbülfət Mədətoğlu

YAZARLAR 11:27 / 17.09.2023 Baxış sayı: 1703

Barəsində fikirlərimi bölüşməyə   həvəsləndiyim kitabın müəllifi  Qəşəm İsabəylidi. Uzun illərin sınağından keçib gələn bir  ərk  bağlayır  məni Qəşəm  müəllimə.  Elə  həmin ərklə də  həmişə  söhbətləşir, dərdləşir  . arada  bir  də  qarşılıqlı  vədlərlə yolumuzu  davam edirik. Elə  buradaca  qeyd  edim ki,  Qəşəm  müəllim   Azərbaycanın hüdudlarından kənarda da tanınan  və  mükafatlara  layiq  görülən uşaq  şairi  olsa da, onun   çox  maraqlı  nəsr əsərləri  də  var.  Və  bu  əsərlərin dili də,  yazı  üslubu da  çox  orjinald.   Şəxsən mən  bunu Qəşəm İsabəylinin özünəməxsusluğu  hesab  edirəm.

Yaxın günlərin  birində  Qəşəm  müəllimlə  atüstü  görüşdük...Daha  dəqiq  desəm avqustun 10-da elə "Azərbaycan"  nəşriyyatının qarşısında hal-əhval tutduq. Mən də fürsətdən istifadə  edib avqustun 14-də  tamam olacaq   (artıq olmuş - Ə,M.) 75  yaşı  ilə  bağlı  onu  təbrik etdim...Bir az da zarafatla  onun dilindən yubley  qonaqlığı barədə  dəqiq  söz  almağa  çalışdım.. O da  vəd  verdi...Amma  anında ca  mənə "Dostum, qardaşım..." avtoqrafı ilə  "Beş  nəfərlik faciə" -ni  bağışladı...

 O andan  bir  yerdəyəm  bu  kitabla..  artıq  heykayələrdən və nağıl povestdən  ibarət   "Beş nəfərlik faciə"  ilə  dostlaşmışam.. Bunu ona  görə  xüsusi  vurğulayıram ki, oxuduqca  gülə-gülə  düşünmüşəm...kədərlənmişəm... Hər  iki  halı mənə  yaşadan   Qəşəmin  həyatda  hər  gün  qarşılaşdığım, amma əhəmiyyət  vermədiyim personajları - qəhrəmanları olub... Xüsusi ilə  onun heyvan  cilidindəki  qəhrəmanları... Mən bu  anın özündə də  düşünürəm ki, kitabdakı  nağıl  - povest   maraqlı  bir  senaridi...

Masamın üstündə götürmək  niyətində  olmadığım  bu  kitabın mənim üçün bir  önəmi də   müəllifi  , onun  fikirlərinin alt  qatını az-çox  görə  bilməyimdi... Mən  tam əminəm ki, elə  həmin o  qatlar   Qəşəm İsabəyli  yaradıcılığının  mahiyyətini  açır... Bax bu açılışla da  mən dostum, qardaşım Qəşəm İsabəyliyə  uğurlar  diləyirəm. O ki, qaldı   "Beş  nəfərlik faciə" -nin  geniş  yozumuna ,yəqinki, ədəbiyyatşünaslarımız    gec də  olsa   dillənəcəklər.