Bakıdan yola salınan 25 ailə Laçına çatdı - YENİLƏNİB

MƏMLƏKƏT 18:09 / 30.03.2024 Baxış sayı: 1472

Bu gün Bakıdan yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Yenises.az xəbər verir ki, doğma yurduna qayıdan sakinlərin qarşılanma mərasimi keçirilib.

Qeyd edək ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 68 nəfər, Zabux kəndinə isə 4 ailə - 11 nəfər köçürülür. Bununla ümumilikdə Laçın şəhərinə 472 ailə (1773 nəfər) köçürülüb. Zabux kəndinə köçürülənlərin sayı isə 819 nəfərə çatıb (215 ailə)