Azərbaycan millisi İrəvana  getdi

İDMAN 17:27 / 13.04.2023 Baxış sayı: 4673

Avropa çempionatında iştirak edəcək Azərbaycan ağırlıqqaldırma yığması Ermənistanın paytaxtı İrəvandadır.

 

Yenises.az Pravda.az-a  istinadla  bildirir ki, , ölkəmiz yarışa 12 nəfərlik nümayəndə heyəti ilə yollanıb.

 

Ermənistan onların təhlükəsizliyinin tam təmin olunduğunu bildirib. Bununla belə idmançılarımız açılış mərasimində iştirak etməyəcək.

 

Aprelin 15-23-də keçiriləcək çempionatda Azərbaycan 4 atletlə təmsil olunacaq. Kişilərin yarışında İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların mübarizəsində Nazilə İsmayılova (49 kq) körpücük üzərinə çıxacaq.

 

Qeyd edək ki, yarışda iştirakı planlaşdırılan Dadaş Dadaşbəyli (109 kq) sonradan heyətdən çıxarılıb.