Azərbaycan-Gürcüstan sərhədində 20 kilometrlik tıxac yarandı - VİDEO

MƏMLƏKƏT 07:39 / 07.12.2023 Baxış sayı: 1662

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Mazımqara” gömrük keçid məntəqəsində sıxlıq yaranıb.

Yenises.az  AzTV-yə istinadən xəbər verir ki, burada noyabr ayının 1-dən etibarən böyük sıxlıq yaşanır. Tranzit yükdaşıma maşınları tıxacın olmasından və sıxlığın yaşanmasından əziyyət çəkirlər. Bu sıxlıq Balakən rayonunun Katex kəndindən etibarən gömrük postunadək 20 kilometr uzunluğundakı yolu əhatə edir.

Ümumilikdə beş yüzə yaxın tranzit yükdaşıma maşınları yolun kənarında gözləyirlər.

Bəs bu problem nədən qaynaqlanır? Nə zaman həllini tapacaq?

Ətraflı AzTV-nin süjetində: