"Avion Travel" MMC-nin direktoru HƏBS EDİLDİ

KRİMİNAL 13:27 / 15.05.2024 Baxış sayı: 2508

Bakıda bir qadın 202 nəfərə 498175 manat zərər vurub. 

Yenises.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev deyib. 

Bildirilib ki, "Avion Travel" MMC-nin direktoru Lalə Rəcəbova vətəndaşların viza məsələlərini həll edəcəyi ilə bağlı yalan vədlər verib. 

Qadın həbs edilib. 

Polis bu barədə istintaqa başlayıb.

Qeyd edək ki, "Avion Travel" 2017-ci ildən fəaliyyət göstərir. Bundan əvvəl MMC haqqında bir sıra şikayətlər var idi.