" Atasız-anasız böyümək faciədir."-Tahir Rzayev, millət vəkili

HÜQUQ 17:08 / 04.07.2024 Baxış sayı: 3707

 

Bakıda ana 4 uşağını parkda ataraq başqa bir kişi ilə qaçması xəbəri müzakirələrə səbəb olub. Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirib ki, uşaqların təxminən 14,5,4 yaşları var. Ən kiçiyi isə 5-6 aylıqdır. Qadının böyük qızı anasının sevgilisi ilə onları parkda qoyaraq kirayə ev axtarmağa getdiyini deyib. Qeyd edək ki, uşaqların heç bir sənədi yoxdur. 
Bəs, son zamanlar bu kimi xəbərləri tez-tez eşitməyimizə səbəb nədir? 


Yəni, doğrudanmı ananın müqəddəsliyi getdikcə adiləşir, ucuzlaşır? 

Məsələ ilə bağlı mətbuata  açıqlama verən deputat Tahir Rzayev bildirib ki, çox acınacaqlı haldır və bu kimi hallar birinci dəfə deyil. 

Tahir Rzayev qeyd edib ki, qızlar sosial şəbəkədə kimləsə tanış olur, 2 gündən sonra rayondan qaçıb Bakıya gəlirlər və 3 günlərlə, 5 günlərlə tapılmırlar: 

“Bu sadəcə olaraq düşünülməmiş ailə qurulmasının nəticəsidir. Bəzi qızlar düşünmədən-daşınmadan, bir peşə qazanmadan, qarşıdakı adamı sınaqdan çıxarmadan öz həyatlarını qurur və dünyaya uşaqlar gətirirlər. Sonra da həyatın çətinliklərinə dözməyərək uşaqları atırlar. Ona görə də dəfələrlə deyilib ki, qızlarımız düşünməlidir. Həyatlarını qurmaq üçün müəyyən yolları keçməlidirlər. 

Çox təəssüflər olsun ki, qızlarımız təhsil almağa və ya iş məqsədilə gəlirlər. Qarşılarına çıxan birinə görən kimi vurulurlar. 2-3 aydan sonra ailə həyatı qurur və 6 aydan sonra boşanırlar. Boşanmaların sayının artması, sözsüz ki, bu cür halların, ailəya və övlad saxlamağa hazır olmamağın nəticəsidir. Çünki əvvəllər bizim analarımız uzun illər müharibə və müharibədən sonrakı dörvdə uşaqlarını namuslu şəkildə böyüdüblər. Qarabağdan qaçqın düşən xanımlarımız, qızlarmız olub ki, öz övladlarını, ərlərini, nişanlılarını itirdilər, ancaq dözdülər durdular. Amma belə yüngül həyat keçirən qızlar, qadınlar sözsüz ki, bu yolu tuturlar”. 

Deputatın sözləriə görə, gənclərimiz böyüklər ilə məsləhətləşmir, xeyir-duanı eşitmirlər, özləri öz başına hərəkət edirlər: 

“Bu, köklərə əsaslanmamağın, mili-mənəvi dəyərləri qorumamağın nəticəsidir. Əvvəllər ağsaqqalların öyüd-nəsihəti, böyüklərin də seçimi olurdu. Onlar bilirdi ki, hansı ailə təmizdi, hansı ailə yaxşıdı, hansı ailə namusludur, kim ilə ailə qurmaq olar. Beləliklə, həmin qapıya elçi gedirdilər. Bu baş verənlər milli mənəvi dəyərlərə sayğısızlıq, hörmətsizlikdi. Bəziləri bunu qadın azadlığı kimi qəbul edir. Deyirlər bizim hüquqlarımız var. Bu hüquq deyil. Bu ailənin, cəmiyyətin təməllərinin sarsıdılmasıdır. Çünki ailə nə qədər möhkəm olsa dövlət də, cəmiyət də o qədər möhkəm olar. 

Təəsüflər olsun ki, bu cür hallar olur. Dövlətimiz belə uşaqlara hər cür qayğı göstərir. Sözsüz, dövlət o uşaqları götürüb qayğı ilə böyüdəcək. Amma atasız-anasız böyümək faciədir. Bu qadın sonrakı dövrdə bir çoxunun həyatını bu cür məhv edəcək. 

O gedib ailə qurub kimisə xoşbəst edə bilməz. Ana öz balasını atırsa, başqa kişini heç vaxt xoşbəxt etməz. Düşdüyü yerə bədbəxtlik gətirər, xəyanət edər. Gənclər ailə quranda gərək çox ciddi fikirləşsinlər ki, ailəni saxlamağa imkanı varmı. Cavanlar var orduya gedir ya getmir 18 yaşında ailə qurur. 1-2 uşaq dünyaya gətirir, sonra deyir saxlaya bilmirəm. Sual verirsən ki, ay oğul, bəs ailə quranda fikirləşməli idin ki, sənin həyat yoldaşın, uşağın olacaq, onları saxlamaq lazımdır. Ev yox, iş yox, köməyin yox. Başlayır atası anası ilə vuruşur düşür çölə, sonra deyir dövlət məni saxlasın. Yaxşı dövlət səni qorumaq, təhsil vermək, sağlamlığını təmin etmək üçündür. Dövlət səni saxlamalı deyil. Sən cəmiyyətə bir xeyir verməlisən”.