Arzu Adadan Bir Hekayə

.. Səhər tezdən Əsəd kişi sərniçi götürüb tövləyə yönəldi ..
İnəyini şapatlaya şapatlaya sagıb
tövlədən çıxıdı
Südlə dolu sərniçi arvadına verib
...A Tarkom bunun ucinə bir iki düyüdən zaddan <gillət> pişir..mən də gəlirəm .
..Tarkom südü alıb içəri kecdi
Bu vaxt küçə qapısı çırıltı ilə acıldı
Yekəpər bir kişi :
...Allah qonagı ustəmirsiniz.. qardaş ?
..Əsəd kişi artıq həyətəin ortasına qədər gələn tanımadıgı adama baxıb
..Səhər tezdən qarga pox..u yeməmiş bu da kim ...deyə düşündü .
. ...Gəl da.. gəlmisən tay....
.. Axşamdan bazara nehrə yagı ..şor gətirmişəm.
Maşın qırılıb.. qalmışam çölün düzündə .
...Qonşu kənddənəm .
. Kişi üzünü evə tərəf tutub
...A Tarkom..< bala >..qonaq var .
Arvadına <bala> deyə müraçiət edirdi çox vaxt .
. ---Südün pişdimi ?
..Pişdi.. pişdi ...içəridən Tarkomun səsi gəld.
Qadın yad kişini görüb ..yavaşçadan :
..Boy a kişi bu kimdi səhər səhər? ...deyə soruşdu .
. ..Adamdı da ..görmürsən ....Allahın qonagıdı .
...Əl ..ayaq elə ..!
...İki boşqab bişirdiyindən çək gətir...içinə yag at ha.... deyə arvadına səsləndi ..
..Qonşu otaqdan ətçə bala . ətçə bala uşaqlar hüçumla otaga neçə doldularsa qonaq bir anlıga caşıb qaldı .
... Ayə... çıxın irədd olun ...gedin əyninizi geyinin it küçükləri .. görmürsüz evdə adam var .
Uşaqın biri ..qonagın rahat rahat divana söykənib əyləşdiyini görüb nədənsə maraqla :
..Baba.. bu baba bizdəmi qalaçaq? deyə . .soruşdu .
...Hə.. Tarkom istəsə qalacaq ..
Qonaqı söz neçə tutdusa o dəqiqə xəyal yelpazəsi göyə qanad açdı .
...Sən öləsən.. bu Tarkom deyən agappaq ..ətli çanlı arvad bu kişinin ya baçısıdı... ya da ərə getməmiş qızıdır deyə düşündü .
Başından eləməyə adam axtarır
. Adam mən !
Neçə ilin halal hümbət . duluyam .
.. Tarkom deyilən çüvənəzən ...kişiyə baxanda canı çox sulu və çəld göründü .
..Alıb apararam elə mal qarama da baxar ..mən yetimə də .
..Beləsini göydə axtarırdım ... bu kəndin torpagına ..dam daşına qurvan olum ..
Neçə ildir çanımdan bezdim axır ki gəlib burda tapdım qısmətımı. deyə düşündü
İlahı ..baxtın beləsi heç padççahların qabagına çıxmayıb.
Şükür.. kəndin o maşını dagıdan yoluna dədəm nənəm qurban olsun.. deyə ürəyində şükür səna etməyə başladı
.. Bir də bu arvadı evdə saxlamış
turşusunumu quraçaq. ...?
...ürəyində son qərarı verdi .
..Əlində iki iri boşqabla içəri girən Tarkoma müştəri gözü ilə baxmaga başladı ..
Zalım qızı elə mən deyəndir ...kasıb malıdır . ..əlüstü düşündü də .
Şükür məsləhətinə ilahi ..deyib isti
südlü plovu qaşlqlamaga başladı.
Əsəd kişi isti ..yaglı südlü plovu qaşıqlaya qaşıqlaya qonagı da unutmurdu arabir
. .Ye ...a kişi ..Öz evindi ..ye ..deməyi də ihmal etmirdi.
Qonaq isti ..yaglı südlü aşın təsirindənmi ..ya ev yiyəsinin məzəli söhbətlərindənmi ürəklənib ..
..Qardaş mən də elə sənin kimi dulam .
Bir halal hümbət arvad axtarıram .
Tək olan bir Allahdır .
Qonşu kənddə evim ..40 sot torpagım... dam dolusu inəyim.. mal qaram var .
Bu arvad da deyəsən duldur .
. ..Bajımdır ...Əsəd kişi dilləndi .
...Heç ərə getməyib...yazıq heç gün görməyib..
Qardaş təklik allaha məxsus ..niyə bajını halal hümbət birinə vermirsən ?
....Yaxşı allah bəndəsi olsa niyə vermirəm ki
Savabdı .
Qonagın üzündə sanki güllər açdı
Allah ata anana rəhmət eləsin .
Sənin kimisi cıxsa niyə vermirəm.
..Kişi bəxtinin üzünə belə sürətlə açılaçagına inanmadı ..
Neçə yerindən sıçradısa Əsəd kişinin sözü agzında qaldı
Hara a kişi ?
Kişi artıq çöl darvazadan çıxmışdı ...
İki saatdan sonra küçə qapısı agzında maşının güzgüsünə enli qırmızı lent baglanmış 07 ..köhnə jiquli dayanmışdı .
...Bipp .bippp...