Ana 4 yaşlı uşağını küçəyə atdı - PAYTAXTDA

KRİMİNAL 10:10 / 14.02.2024 Baxış sayı: 1993

Bakıda küçədə dörd yaşlı uşaq tapılıb.

Yenises.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” hesabında yazıb. 

O bildirib ki, uşağı polis aşkarlayaraq sığınacağa gətirib. Birlik sədrinin sözlərinə görə, dörd yaşlı oğlanı anası bu gecə küçədə tək qoyaraq tərk edib.