Aida Adıgözəl : - Panegerik - mədhiyyə və ya mədhnamə
Ədəbiyyatda bizə mədhiyyə janrı kimi tanıdılan bu ədəbi janrı əslində Antik dövrlərdə kiminsə ölümü ilə bağlı nekroloq çıxışlarından ibarət olsa da və həmin çıxışlarda tərif epizodları panegerik adlansa da 19-cu əsrdən başlayaraq əsassız tərifləri! ifadə edir.
Adından göründüyü kimi ƏSASSIZ tərif... yəni hər bir mədhiyyənin altında mütləq hədəf obyektinə ünvanlı təriflər yatır.
Oxuduğum bədii kitablardan və tarixi mənbələrdən bildiyim qədər bütün şahların sarayında mədhiyyəçilər olurdu. Döyüşə gedəndə və ya düşmən tərəfə məktubla cavab yazılanda (əlbəttə şahın göstərişi ilə) ya həcviyyə ya da mədhiyyə yazılarmış...
Azərbaycan ədəbiyyatında da bir çox saray şairlərinin mədhiyyələri var ki, bu günümüzədək gəlib çatmışdır.
Mədhiyyə bir növ umacaqdır, indiki dövrdə ən çox rast gəldiyimiz, az qala adi hala çevrilmiş davranışdır. İşin keçdiyin adamdan bir gözləntin olanda ona yeri gəldi gəlmədi tərif yağdırmaq, tənqid ünvanlananda hamıdan tez və gözə çarpacaq dərəcədə müdafiəsinə qalxmaq, qorumaq da mədhiyyənin kök bazasıdır...
Yəni kimisə mədh və müdafiə etməzdən qabaq yaxşı düşünün, işiniz alınmayanda xalqın qarşısında fiaskoya uğramayasız.
Təmənnasız sevgi vermək xarakter işidir, təmənnalı sevgi isə naqis, xislətsiz, saxta, simasız insanlara məxsus yaltaqlıq və umacağa hesablanmış məqsədli hərəkətdir...