Aida Adıgözəl : - Hələ ki ...

Ədəbiyyat 09:48 / 07.12.2022 Baxış sayı: 2520

Hələ ki felin indiki zamanındayam,

- hələ ki danışıram...

Bir günsə "keçmiş zamanda qaldı"

- deyəcəyik hər şeyə,

hər şeyi keçmişə buraxıb,

zamanda gizlənib,

özümüzü zamana həbs edəcəyik.

Qaçdı - tutdu oynayırıq hələ ki səbrimizlə,

hələ ağrıyan nöqtələrimizi yoxlayırıq.

Yavaş - yavaş unutmağa,

unudulmağa hazırlayırıq yaddaş köşəmizi.

Hələ ki mən susmuram, hələ ki...

Sussam,

bizim gələcək zamanımız olmayacaq,

unutma,

olmayacaq!

Hələ ki mən

felin indiki zamanındayam,

hələ ki...

Bir səma, təbiət və okean şəkili ola bilər