Ağaevli Əli Hacıdan İKİ ŞEİR 

Ədəbiyyat 20:17 / 04.09.2024 Baxış sayı: 695

 

Sevmək də bir dərd imiş,

Mərd kimi sevdim səni !

Gördüm ki, boynumdasan

Dərd kimi sevdim səni !

 

Bu yoldan keçdim deyə,

Keçdim ki,köçəm göyə !

Alma tək içim yeyən,

Qurd kimi sevdim səni !

 

Sözə əyildim deyə,

Sözüm yox,söz deməyə !

Qucağında ölməyə,

Yurd kimi sevdim səni !

 

                 ***

Yüz cür kədər gələ,yüz cür qəm gələ

Bir sevinc hamısın atdan düşürər !

Evin sahibində olmasa sevgi,

Gələn qonağını özü üşüdər !

 

Ərəb qılıncı da yetməz haraya,

Allahın dinində olmasa iman !

Sözü Allah bilib,yol gedənlərin,

Məsləki içində can verər güman !

 

Yoxu da,varı da ölçüsüz olar

Içində hər günü çöl yaşayanlar !

Özü,azadlığı içində boğar,

Bir tikə çörəyə qul yaşayanlar !

 

Doldurun badəmi,sonrası gəlir

Ov nədir?! Bilmədən silah almışam !

Mən,günün sözündə günə çıxmadım,

Mən,günün üzünə üz qaraltmışam !

 

Dilimi öldürün,sözümü kəsin

Cərgəyə düzülmək boyla deyilmiş !

Gördüyüm dünyanın üzünə lənət,

Öldyüm dünya da böylə deyilmiş…

!

Yüz cür kədər gələ,yüz cür qəm gələ

Bir sevinc hamısın atdan düşürər !

Evin sahibində olmasa sevgi,

Gələn qonağını özü üşüdər !