Adil Şirin: - SOLĞUN ÇİÇƏKLƏR

Ədəbiyyat 16:17 / 26.04.2025 Baxış sayı: 901

 

Solğun çiçəklər arasında sən,

Ömürdən, gündən nə gözləyirsən?

Sevda çiçəkləri saralır, solur,

Ötən bir sevgi xatirə olur...

Solğun çiçəklər arasında sən,

Nə gözləyirsən baxtsız sevgidən?

Uçan quşlara qoşulub gedən,

Uçan quşlara tuş olub gedən,

Qanadlı sevgidən nə gözləyirsən?

Solğun çiçəklər arasında sən,

Göz yaşını səssizcə gizləyirsən...

Mavi üfüqlərdə günəş batanda,

Taleyin dönəndə, baxtın yatanda,

Tənha yelkən kimi itən sevgidən,

Nə gözləyirsən,

Nə gözləyirsən?..

Solğun çiçəklər, solğun çiçəklər,

Yarı röyalar, yarı gerçəklər...

Yarı röyadı, yarı gerçəkdi,

Bizim sevgimiz solan çiçəkdi...