Zəka Vilayətoğlu - Ürəyində yaz olanın

Ədəbiyyat 19:55 / 04.04.2025 Baxış sayı: 1094

Ürəyində yaz olanın

Dodağında gülüş açar

Qanadlanar göyərçin tək

Dörd bir yana gülüş uçar!

 

Uçar, qoşular yellərə,

Toxunar zərif güllərə,

Səpələnər ləçək-ləçək

Qonar qəmli könüllərə!

 

Çəkil qəm, çəkil yolumdan

Tutma əlimdən, qolumdan

Xoş duyğular adamıyam,

Keçmə sağımdan, solumdan!

 

Zəka güllü yazı sevir,

Çiçəklərdə nazı sevir,

Sevir, sevdikcə varlanır,

Hər qismətdən razı, sevir!

04.04.2025