Elnur Uğur Abdiyev : - Darıxır

Ədəbiyyat 18:02 / 06.04.2025 Baxış sayı: 893

"Kaş"larım boynunu burub,

Dilimdə "bəlkə"m darıxır.

Özüm neynək, cəhənnəmə,

Divarda kölgəm darıxır.

 

Sən əsir düşməsə sizdə,

Mən keçinərəm sənsiz də.

Həyat adlı bu dənizdə,

Açdığım yelkən darıxır.

 

Nə tez soldu sağım, solum?

Gedilə bilməz bu yolum,

Bəlkə,gedim şəhid olum,

Deyəsən,ölkəm darıxır.