Xəyalə Sevil : -  Olmur!

Ədəbiyyat 10:00 / 08.04.2025 Baxış sayı: 1262

 

Gözlərimdən düşüb gedənlər

Bir də ürəyimin başına gəlmir.

Hər şeyə həvəssiz,

Maraqsız belə

Yaşamaq mənim də

Xoşuma gəlmir.

Bir qəbir soyuğu gəzir canımda,

Öyrəşirəm ən ağır,

Ən yalquzaq dərdə də.

İçimdə sürüdüyüm

Tənhalıqdan bilirəm,

Bilirəm, ayrılıq var

Gələn bölümlərdə də...