YOLÇU- Ələddin Əzimli

Yolçu qardaş, yolun hara?
Mən bələdəm bu yollara.
Gedirsənsə uzaqlara,
Məni də özünlə apar.
Daşlar ayağını əzər,
Yollar damarını üzər,
Söylə buna ndcə dözər,
Arxanca düşən bu çapar?
Tutsan dünyanı min əlli,
Hər nəfəs olsa təsəlli,
Vallah əzəldən əcəlli,
Sonsuz yollar səni udar...