Xatirə  Rəhimbəyli : - Yenə şeir yazmaq gəlir eynimə .

Ədəbiyyat 09:35 / 14.08.2025 Baxış sayı: 1842

Yenə yaxınlaşır ölüm anlarım ,

Yenə şeir yazmaq gəlir eynimə .

O qansız sevdanı şeir havası ,

Haylayıb gətirir üstümə yenə.

 

Yenə gülümsəyir hicran günəşi,

Əriyir gözümün şimal büzları .

Yenə də başlayır rəssam xəyalım ,

Rəsmini cızmağa vəfasız yarın .

 

Elə sürtüb yerə dabanlarını,

Ərköyün ürəyim hönkürür yenə..

İtirdiyim illər eynimə gəlmir ,

Bir şeir havası gəlir eynimə...