Vahid Paşayevdən BİR YOZUM

Maraqli 08:46 / 16.01.2025 Baxış sayı: 1092

...Əlləş-vuruş,qaranquşlar kimi özünə palçıqdan,daşdan-qumdan bir yuva qur,Allahın izniylə dünyaya övlad gətir,əlində xoşbəxtliyin açarı qurduğun ximəyə daxil olub bundan sonra başqaları kimi rahatca nəfəs alıb birgəyaşayışa davam edəcəyini düşünərkən,bayquşun həyacanlı və qorxunc gecə çığırtısına bənzər vahiməli səs rahatlığını əlindən alır.

İllərlə birgə addımladığın üzüdönüyün qırmancı yandırıcı olur.Hər bir əzaba dözmək olur.Hər an fikrini dəyişənlərin,səndə günah axtaranların tənəsini sınırmaq,iradına dözmək çətin,...sonra,dünyanın faniliyi yol tapır qəlbinə.Ümidsizlik yuva qurur ürəyində,tərkidünyalıq oturur beynində.Qara fikirlərdən yaxa qurtarmaqsa, müalicəyə yatmayan xəstəliyə dərman axtarmağa bənzəyir.Çoxlarının az da olsa təskinliyi,zövqə uyğun musiqi dinləməkdə tapdığını kitablardan oxumuşam.

Yeri gəlmişkən,eşitmişəm ki,dünya yaranan gündən musiqi ilə müalicə alıb əvvəlki həyata qayıdanların sayı on iki rəqəmlidir.