Kəramət : - BİR GÜNAHKAR VARSA, O MƏNƏM.
yalqızlıqla yazıqlığı, abırsız-simasızlıqla cəsarəti, yalaqalıqla zərifliyi qarışdırıb özün üçün kokteyl düzəltmə. Çoxluğunla qorxaqsan. Təkliyimlə güclüyəm.
****
...hər kəsin öz istinad yeri var, gördüyü işin, yaşadığı həyatın dəmir məntiqi. Yəni ölən də-öldürən də, zalım da-məzlum da, alim də-cahil də, ağıllı da-bic də...və ilaxır, haqsız olan kimsə yox, biri-birisi var; O DA MƏN.
Niyə bütün günahlar məndə? Ona görə ki, mən haqlıykən haqsız, doğruykən oğru, elmliykən bisavad (orfoqrafiyanı bilməyəcək qədər) çıxarılmağı gözə alacaq QƏDƏRəm ("qədər"in iki anlamında da). Təklənib döyülərək çoxluğun fizikasına qalib gəlməyi, Boks üzrə Azərbaycan çempionunun üzərinə getməyimin çempionu da şoka salmasını, dərsimi sinifdə-auditoriyada hamıdan yaxşı bildiyim halda əlimi qaldırmamağı, nəhayət həyatın, yuxarıdakıların mənə verdiyi mənsəb şanslarını "bilərək əldən qaçırmağın" nə mənə olduğunu yaşayan biriyəm və hər halımla da səadət tapa bilirəm...çox öymədim ki, özümü? Vallahi, hələ dörtdə birin yazmayıram. Yəni sizdən biriyəm.
Roskolnikov kimi ("Cinayət və cəza") elmi məqalən də var haqlılıq payı, Leyli kimi
-OLSA İDİ ƏLDƏ İXTİYARIM
OLMAZ İDİ SƏNDƏN ÖZGƏ YARIM
(Füzuli)
...ya da Gi De Mopassanın fahişələri kimi haqlısan, tamamilə......İstedadlı birinin kitablarının izinə düşüb, tapıb yandırmaqla da ("Rüzgarın kölgəsi")...
Həyatda bütün yollar getmək üçündü, gedilə bilər, bütün variantlar var ki, işlət..istədiyinə nail ola bilərsən, sadəcə qəbul et və enerjini o istiqamətə yönəlt, yetməyəcəyin mənsəb-zad yoxdur, təbi ki, bizdəki üsullar başqa yerlərdə keçərli deyil, çünki üsul deyil üsulsuzluq üsul statusu qazanıb...yəni , problem özünə qoyduğun baryerdi, yoxsa...hər şey ola bilərsən və dəmir məntiqin var ki, "neyləyim zəmanə belədi."
Xeyli vaxtdı heç nəyi-kimi qınamadan məmnunam...
O SƏBƏBDƏ Kİ, Kəramət : - BİR GÜNAHKAR VARSA, O MƏNƏM.
Narahat olmayın, amma mən "At sinəyi" ola bilmədim. Bilirsiz ki, Nitsşeyə məxsusdur, atlara xüsusi gözlük qoyurlar ki, ancaq düz istiqamətə baxsın, O KİŞİ də deyir ki, mən at-zamanı-ölü düşüncəni sancdım ki, kənara-ətrafa da bax...
Heç nə, söhbətdi də edirik, həyatdı da yaşayırıq..